Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Üç ölkənin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər. Gələn il müdafiə nazirlərinin toplantısı Azərbaycanda keçiriləcək”, – məlumatda deyilib.
Qeyd edək ki, üçtərəfli görüşün yekununda nazirlər birgə bəyannamə imzalayacaq və bəyanatlar verəcək.
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
27 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad...





















