"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

08 Oktyabr 2025 - 11:10
in GÜNDƏM
FacebookVatsap

Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.

Bunu da oxuyun

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Elchi.az xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib. O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb. Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb. Leyla Əliyeva çıxışının sonunda qeyd edib ki, təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır.

COP29-un Sədri və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb və bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025–2035-ci illəri əhatə edən “Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı” üzərində işləyir. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.

Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib. Muxtar Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.

Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb. O bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.

Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib. O, COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.

“Whale Guardians” təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.

Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.

Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.

Tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib. Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb.

Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib  Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edibLeyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Previous Post

Yol polisindən piyadalara müraciət

Next Post

Madriddə çökən binanın dağıntıları altında 4 nəfərin meyiti tapılıb

Bənzər yazılar

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Elchi.az...

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının...

Next Post
Madriddə çökən binanın dağıntıları altında 4 nəfərin meyiti tapılıb

Madriddə çökən binanın dağıntıları altında 4 nəfərin meyiti tapılıb

Putin və Zelenski arasında danışıqlar “Ukraynanın sonu” adlandırıldı

Putin və Zelenski arasında danışıqlar “Ukraynanın sonu” adlandırıldı

Comments 2

  1. Aysun Heydərova says:
    10 ay ago

    Çox gözəl danışılıb ee burda. Leyla xanım da yaxşı deyib, leyla dedinmi xəbər tez gəlir. Elə Xəzər də belə getsə, leyla da təəssüflənər. Hamı bilməli ki, təbiəti qorumaq hamının borcudu. Elə bu cür davam etsin.

    Cavabla
  2. Günay Mehdiyeva says:
    10 ay ago

    Bu tədbir çox önəmli idi, Leyla Əliyevanın çıxışı Xəzərin vəziyyəti haqqında dərin məlumatlar verdi. Plastik tullantılar problemi həqiqətən də narahat edicidi. Xəzərin qorunması üçün atılan addımlar çox sevindiricidir. Gələcək nəsillər üçün bu mövzuda daha çox işlər görülməlidi.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.