"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Makrondan “U” dönüşü – Bakı ilə bundan sonra…

07 Oktyabr 2025 - 15:31
in SİYASƏT
FacebookVatsap

Yelisey sarayı Azərbaycana düşmən münasibətinə son qoyacaqmı – fərqli gözləntilər

Bunu da oxuyun

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı Emmanuel Makronla görüşdü. “Bakı-Xəbər” qeyd edir ki, görüş qarşı tərəfin müraciəti əsasında baş tutub. Fransa lideri sülh gündəliyi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İlham Əliyev hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Belə görünür ki, Makron Cənubi Qafqaz və Azərbaycan siyasətini korrektə etməyə başlayıb. Çünki yanlışlarını artıq anladıqları hiss olunur. Azərbaycanla pis münasibətlər üzərində Cənubi Qafqazda möhkəm mövqe qurmaq mümkün deyil. Bunu Fransa Prezidenti də dərk etməyə başlayıb.

Doğrudur, Makron prezident seçiləndən sonra İkinci Qarabağ müharibəsi və sonrakı aylarda Azərbaycan əleyhinə açıqlamalar verilib, qərarlar qəbul olunub. Azərbaycana qarşı addımlar atılıb, Parisdə Azərbaycan səfirliyinə hücum edilib, Xurşudbanu Natəvanın heykəlinə zərər yetirilib. Bundan sonra münasibətlər son dərəcə gərginləşmişdi.

Amma son aylarda sanki Makron siyasətini həqiqətən korrektə etməyə başlayıb. Bir neçə konfransda İlham Əliyevə yaxınlaşıb və budəfəki görüş də yəqin ki, Makronun istəyi ilə baş tutub.

Güman etmək olarmı ki, Fransa hakimiyyəti Azərbaycanla əlaqələrə yenidən baxacaq və iki ölkə arasında münasibətlər müharibədən əvvəlki səviyyədə olacaq?

Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC

Deputat Azər Badamov “Yeni Müsavat”a dedi ki, 2 oktyabrda Kopenhagendə prezident Emmanuel Makronun Prezident İlham Əliyevlə görüşə təşəbbüs göstərməsi yaratdığmız reallıqların Fransa tərəfindən qəbul olunmasıdır: “Makron 8 avqustda Vaşinqtonda əldə olunmuş sülh gündəliyi münasibətilə dövlət başçımızı təbrik etdi və onlar ikitərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi apardılar. Makron bir daha əmin oldu ki, Prezident İlham Əliyevin mövqeyi dəyişilməzdir. O cümlədən ölkəmizə qarşı qərəzli siyasətin yürüdülməsı Fransa üçün yaxşı heç nə vermədi. Bu baxımdan Fransa prezidentinin Prezident İlham Əliyevlə görüşməyə təşəbbüs göstərməsi və səmimi görüşməsi Azərbaycan-Fransa münasibətlərində yeni bir səhifə açacaq”.

Deputat bildirdi ki, dünyada reallıqlar dəyişir: “Makron görür ki, keçmiş Bayden administrasiyası dövründə tarixin minimumuna düşmüş ABŞ-Azərbaycan münasibətlərində də yeni bir səhifə açılıb. Donald Tramp Prezident İlham Əliyevi böyük lider və əziz dost adlandırır. Belə olan halda Makronun Azərbaycana qarşı qarayaxmalara davam etməsi gülünc olar. Həm də Makron fikirləşir ki, son 5 ildə Azərbaycana qarşı qərəzli qətnamələri və qərarları qəbul etdirməyə çalışması onlara heç nə vermədi. Əksinə, özlərinin daxili siyasətində ziddiyyətlərin artmasına səbəb oldu. Belə ki, Azərbaycanın bütün addımları beynəlxalq hüquqa, qarşılıqlı hörmət və faydaya əsaslanır. Ona görə də Makron erməni diasporunun sifarişi ilə ölkəmizə qarşı ikili standartlardan yanaşılmış çirkin planlarının ayaq tutub yerimədiyinin şahidi oldu. İndi isə yeni dövr və yeni reallıqlar yaranıb. Cənubi Qafqaza sülh və əməkdaşlıq gəlməkdədir”.

A.Badamov vurğuladı ki, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsi böyük bir coğrafiyaya fayda gətirəcək: “O cümlədən Fransa da Asiya ilə iqtisadi əməkdaşlığı Azərbaycan üzərindən qura biləcək”.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Fransanın artıq üçtərəfli razılaşmanı dəstəkləmək məcburiyyətində qaldığını söylədi: “Makron başa düşür ki, Azərbaycan dövləti və ya Prezident İlham Əliyevlə təhdid dili ilə danışmaq, təzyiqlə nəyəsə nail olmaq qeyri-mümkündür. Dünyada Ermənistanın ən güclü diasporası məhz Fransada yerləşir. Makronun təbriki onu deməyə əsas verir ki, Fransa Amerikada baş tutmuş üçtərəfli razılaşmanı dəstəkləyir. Bununla da Makron həmçinin Trampa da göstərmək istəyir ki, sizin sülh çağırışınıza Fransa da dəstək verir. Əlbəttə, biz Fransanın ədalətli mövqe sərgiləməsini arzulayırıq. Fransa Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycana qarşı qərəzli və haqsız yanaşması səbəbindən Fransa ilə münasibətlər gərginləşib. Pis münasibəti Azərbaycana Fransa yaradıb. Öz fəaliyyətində dəyişiklik edərsə, təbii ki, Azərbaycan bunu müsbət qarşılayar. Azərbaycan hər zaman dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə qarşılıqlı dostluq siyasətinə üstünlük verib, ikitərəfli əlaqələrin, səmimi münasibətlərin olmasında maraqlı olub. Fransa bu siyasəti qəbul etməlidir. Ermənistanı həqiqətən dəstəkləyirlərsə, Azərbaycanla sülh şəraitində yaşamağı düşünməlidilər. Kommunikasiyaların qurulmasına dəstək verməlidilər. Unutmamalıdırlar ki, heç bir müharibə xalqlara xoşbəxtlik gətirmir. Bütün müharibələr və münaqişələr sülhlə bitir. Fransa bu sülhün əldə olunmasında səmimi şəkildə iştirak etməlidir. Bu cür olarsa, Azərbaycanla Fransa arasında münasibətlər əvvəlki vəziyyətinə qayıda bilər”.

Previous Post

“Türk dünyası bölgəmizin təhlükəsizliyində daha mühüm rol oynayacaq” – Ərdoğan

Next Post

“Azərbaycan-Ermənistan Birgə Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir” – Özbəkistan Prezidenti

Bənzər yazılar

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki,...

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən,...

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...

Next Post
“Azərbaycan-Ermənistan Birgə Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir” – Özbəkistan Prezidenti

"Azərbaycan-Ermənistan Birgə Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Özbəkistan Prezidenti

Füzuli məscidinin təməli qoyuldu

Füzuli məscidinin təməli qoyuldu

Comments 6

  1. Pəri Rzayeva says:
    12 ay ago

    Bu mətn çox maraqlıdı, xüsusilə Makronun mövqeyindəki dəyişiklik təəccübləndirici idi. Prezident İlham Əliyevlə görüşməklə sanki Fransa da vəziyyətin fərqinə varıb. Ümid edirəm ki, bu, Azərbaycanla Fransa arasındakı münasibətlərin yaxşılaşmasına səbəb olacaq.

    Reply
  2. Elnur Nəsibov says:
    12 ay ago

    Çox gözəl yazıbsan, elə bil mənim fikirlərimi dilə gətirmisən. Bu Makron elə bil bizim Prezidentlə görüşüb anlayıb ki, Azərbaycana pis baxmaqla heç nə əldə eləmək olmaz. Axı belə şeylər olmaz, bizə düşmənçilik eləməsinlər. Gördün də, o görüşdən sonra sanki Fransanın qapıları bizə açılacaq kimi görünür.

    Reply
    • Aygün Pənahova says:
      12 ay ago

      Çox gözəl yazıbsan, elə bil mənim fikirlərimi dilə gətirmisən. Bu Makron elə bil bizim Prezidentlə görüşüb anlayıb ki, Azərbaycana pis baxmaqla heç nə əldə eləmək olmaz. Axı belə şeylər olmaz, bizə düşmənçilik eləməsinlər. Gördün də, o görüşdən sonra sanki Fransanın qapıları bizə açılacaq kimi görünür. Bu “U” dönüşü çox yaxşı oldu, inşallah bundan sonra münasibətlər düzələcək.

      Reply
  3. Sevinc Qasımova says:
    12 ay ago

    Bu görüş çox vacib idi. Makronun da bununla razılaşması sevindirici haldır. Ümid edək ki, bundan sonra Fransanın siyasətində Azərbaycana qarşı daha anlayışlı olacaq. Gələcəkdə əlaqələrimiz daha da yaxşılaşar.

    Reply
  4. Anar İsmayılov says:
    12 ay ago

    Bəli, məncə Makronun bu fikirlərinə hörmət eləmək lazımdır. Bu böyük nailiyyətdir, necə ki, hər kəs bu böyük ölkənin lideri, hətta elə ki, Makronun özü də başa düşür. Amma Mənim fikrimcə, belə bir fikir ümidi vermir ki, bütün bu hadisələrdən sonra Fransa öz fikrini birdəfəlik dəyişəcək.

    Reply
    • Şəbnəm Əliyeva says:
      12 ay ago

      Makronun bu “U” dönüşü çox sevindiricidir. Əvvəllər Azərbaycanı başa düşmürdülər, amma indi yaxşı bir şey olur. Bu görüşdən sonra münasibətlərimizin düzələcəyinə ümid edirəm.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13
DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

28 Sentyabr 2026 - 11:06
“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55
Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41
Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33
FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

28 Sentyabr 2026 - 10:00
FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

28 Sentyabr 2026 - 09:48
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Sentyabr 2026 - 09:37
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz olmayacaq

28 Sentyabr 2026 - 09:26
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

28 Sentyabr 2026 - 09:18
FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.