Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpini ÇXR-in yaradılmasının 76-cı ildönümü münasibətilə təbrik edib.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Ölkəniz sosial-iqtisadi və elmi-texniki inkişaf yolu ilə inamla irəliləməkdə davam edir, qlobal miqyasda öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir və qlobal gündəliyin ən mühüm məsələlərinin həllinə mühüm töhfə verir.
Rusiya-Çin münasibətləri indiyədək görünməmiş səviyyədədir – bunu bizim yaxınlarda Tyantszin və Pekində apardığımız ətraflı və konstruktiv ünsiyyətimiz tam təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların sistemli şəkildə həyata keçirilməsi hərtərəfli tərəfdaşlığımızın və strateji qarşılıqlı fəaliyyətimizin daha da möhkəmlənməsinə töhfə verəcək, müxtəlif sahələrdə yeni irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Bu, şübhəsiz ki, dost Rusiya və Çin xalqlarının fundamental maraqlarına cavab verir və ədalətli və demokratik çoxqütblü dünya düzəninin qurulmasına uyğundur”, – deyə Rusiya prezidentinin təbrikində deyilir.
Yeganə





















