“Turkish Airlines” aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan Elchi.az – a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.
Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.






















Allah köməyi olsun sərnişinin, tez sağalsın inşallah. Turkish Airlines hər zaman etibarlıdır, bu hadisə də onu bir daha sübut etdi. İstanbul hər zaman maraqlı şəhər olub, amma təhlükəsizlikdən önəmli heç nə yoxdur. Təyyarənin Bakıya eniş etməsi düz qərar olub.