"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sülh müqaviləsi bu baxımdan önəmlidir – Ombudsman

26 Sentyabr 2025 - 18:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş onlayn konfrans keçirilib.
Bu barədə Elchi.az-a İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından məlumat verilib.
Qeyd olunub ki, konfransda ölkəmizin Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açılış nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki məruzələrlə çıxış ediblər.
Ombudsman Səbinə Əliyeva çıxışı zamanı 44 günlük Vətən müharibəsinin müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun tarixi ədalətin bərpası naminə nümayiş etdirdiyi qəhrəmanlıq xalqımız tərəfindən əbədi olaraq xatırlanacaqdır.
Ermənistan və Azərbaycan arasında uzun illər davam etmiş münaqişənin ağır nəticələrinə toxunan Ombudsman 2020-ci il 27 sentyabrda Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmaqla genişmiqyaslı hücuma başladığını, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu həyata keçirərək əks-hücum əməliyyatına başladığını, nəticədə işğal altında olan torpaqların azad edilməsini tələb edən BMT qətnamələrinin də yerinə yetirildiyini bildirib.
Ombudsman Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində mülki əhalinin yaşadığı ərazilərin qadağan edilmiş silahlardan istifadə edilməklə hədəfə alındığını, nəticədə 100-ə yaxın şəxsin, o cümlədən 12 uşağın həlak olduğunu, 450-dən çox mülki şəxsin isə yaralandığını qeyd edib. Bununla da Ermənistanın beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik nümayiş etdirdiyi vurğulanıb.
Həmin dövrdə Ombudsman tərəfindən Naftalan, Tərtər, Gəncə, Bərdədə hücumlara məruz qalmış ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirildiyi, zərərçəkən şəxslərlə görüşlər keçirildiyi, sənədləşdirilən faktların beynəlxalq ictimaiyyətə ünvanlanan geniş hesabatlarda öz əksini tapdığı qeyd edilib.
S.Əliyeva bildirib ki, Vətən müharibəsinin başlandığı gündən etibarən, eləcə də postmüharibə dövründə ümumilikdə Ombudsman tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlara 18 hesabat, 29 bəyanat, 82 müraciət göndərilib.
Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işlərinin, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının böyük qurur hissi yaratdığı qeyd edilib.
Yekunda Ombudsman insan hüquqlarının təmini və müdafiəsi baxımından sülhün əvəzsiz rolunu qeyd edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bütün regionda davamlı sülh və birgə yaşayışın təmininə, gələcək nəsillər üçün təhlükəsiz, nifrət və dözümsüzlüyün olmadığı bir mühitin formalaşmasına şərait yaradacağına inanımını ifadə edib.

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

 

Previous Post

Netanyahu etiraf etdi: İsraili gizli dəstəkləyən ölkələr kimlərdir?

Next Post

“Zirə” xal itirdi” “Qarabağ” “Qəbələ”yə qarşı

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post
“Zirə” xal itirdi” “Qarabağ” “Qəbələ”yə qarşı

"Zirə" xal itirdi" "Qarabağ" "Qəbələ"yə qarşı

İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatdı

İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatdı

Comments 6

  1. Şəbnəm Qurbanova says:
    1 il ago

    Bu konfransın keçirilməsi çox təqdirəlayiqdir. Ombudsman Səbinə Əliyevanın çıxışı, xüsusilə 44 günlük Vətən müharibəsinin əhəmiyyəti və şəhidlərimizin xatirəsinin anılması çox təsirlidir. Müharibə nəticəsində dinc əhalinin hədəfə alınması kimi məsələlərə toxunulması da vacibdir. Bu cür tədbirlər, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük önəm kəsb edir.

    Reply
    • Ramin Məmmədzadə says:
      12 ay ago

      Super tədbir olub, çox yaxşı ki, belə konfranslar keçirilir. Ombudsman Səbinə Əliyeva hər zamanki kimi öz işini bilən adamdır, Vətən müharibəsinin əhəmiyyətini düzgün vurğulayıb. Gərək bu sülh müqaviləsi də tez qəbul olunsun ki, hamı rahat nəfəs alsın.

      Reply
  2. İlkin Bəkirov says:
    1 il ago

    Bu konfransın təşkil edilməsi çox əhəmiyyətlidir. Azərbaycanın Macarıstandakı səfirliyinin bu tədbiri keçirməsi ölkəmizin ədalətli mövqeyini bir daha dünyaya çatdırmaq üçün əla bir fürsətdir. Ombudsman Səbinə Əliyevanın Vətən müharibəsi haqqında dedikləri tamamilə doğrudur və bu hadisələrin tariximizdəki yerini əks etdirir. Bu cür tədbirlər sülhə doğru atılan addımlardır.

    Reply
  3. Könül Xəlilova says:
    1 il ago

    Bu konfransın təşkili çox əhəmiyyətli idi. Azərbaycanın Macarıstandakı səfirliyinin bu cür mühüm bir mövzuda tədbir keçirməsi təqdirəlayiqdir. Ombudsmanın Vətən müharibəsi haqqında söylədiyi fikirlər tamamilə doğrudur. Bu müharibənin bizim üçün nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatdı.

    Reply
  4. Arif Qurbanov says:
    1 il ago

    Bu konfrans həqiqətən də vacib mövzulardan birini qabartdı. Sülh müqaviləsinin önəmi barədə danışmaq çox yerində idi. Ombudsmanın fikirləri də çox təsirlidir. Bu cür tədbirlərin davamı olmasını arzu edərdim.

    Reply
    • Rəna İmanova says:
      1 il ago

      Çox sağ olun bu məlumat üçün. Konfransda söylənilən fikirlər çox önəmlidir. Səbinə xanımın Vətən müharibəsinin nəticələri haqqında dedikləri də təsirlidir. Ümid edirəm belə tədbirlər daha çox olacaqdır.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.