"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Hicran Hüseynova: İlham Əliyevin BMT-dəki çıxışı yeni dövrün yol xəritəsi oldu

26 Sentyabr 2025 - 17:15
in SİYASƏT
FacebookVatsap

 “Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm əhatə dairəsinin genişliyi, həm də vacib məsələlərin səsləndirilməsi və onların həlli yolu ilə bağlı təkliflərin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, təkcə Cənubi Qafqazın deyil, bütün beynəlxalq sistemin gələcəyinə təsir edə biləcək tarixi düşüncəni, siyasi baxışı və konkret təşəbbüsləri mükəmməl şəkildə təqdim etdi”.
Elchi.az Teleqraf–a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bu gün bəşəriyyət hərbi münaqişələrin yenidən beynəlxalq siyasətin müəyyənedici amillərinə çevrildiyi bir dövrdə yaşayır: “Bu narahatedici kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir. Uzun müddət erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan, tarixi əraziləri, qədim dini-mədən-mənəvi abidələri dağıdılan, ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə çevrilmək olar- təcrübəsini bölüşdü. Dövlətimizin başçısı bəyan etdi ki, “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.
Təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altında qalmış, bir milyona yaxın azərbaycanlı öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmış, kütləvi qovulmağa və etnik təmizləməyə məruz qalmışdı. Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi icra olunmamış, nizamlanmanı asanlaşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu isə sadəcə olaraq status-kvonu və dondurulmuş münaqişəni qoruyub saxlayırdı. Nəhayət, məhz Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və işğalın sona çatması ilə əlamətdar oldu. Lakin döyüş meydanındakı qələbə tarixin sonu olmadı. Əksinə, ölkə başçımızın qeyd etdiyi kimi, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi danışıqları prosesinə başlandı və sazişi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli format irəliləyişə imkan verdi. Kulminasiya nöqtəsi 2025-ci ilin avqustunda Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə sülh sazişini paraflamaları və Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən, xüsusilə qarant qismində ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə birgə bəyannamə imzalandı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş və faydasız mexanizm kimi ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciəti oldu və sentyabrın 1-də Minsk qrupu təşkilatın özü tərəfindən rəsmən ləğv olundu”.
Komitə sədri bildirib ki, bu mənada Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu: “Dövlət başçısının çıxışında siyasi aspektlə yanaşı, humanitar aspektə də toxunulub. Prezident işğalın törətdiyi dağıntılar barədə ətraflı danışıb: yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, 65 məscid vəhşicəsinə dağıdılıb. Məhz buna görə də “Böyük Qayıdış” proqramı yeni dövrün simvoluna çevrilmişdir – artıq 50 mindən çox insan işğaldan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bununla belə, ən ciddi təhdidlərdən biri 2020-ci ildən indiyədək 400-dən çox insanın həyatına son qoyan və yaralanan mina təhlükəsi, eləcə də 4000-ə yaxın itkin düşmüş azərbaycanlının faciəli taleyi beynəlxalq diqqət tələb etməkdə davam edir. Bu baxımdan da Prezident İlham Əliyevin çıxışı təkcə regional mesaj kimi deyil, həm də qlobal fəaliyyət planı kimi formalaşıb. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı. Eyni zamanda, Əliyev utopik illüziyalara qarşı xəbərdarlıq edib: yaşıl keçid lazımdır, lakin dünya uzun müddət mədən yanacaqları olmadan edə bilməyəcək və enerji təhlükəsizliyi qlobal sabitliyin təməl daşı olaraq qalır”.
Hicran Hüseynova hesab edir ki, ölkə başçısının BMT tribunasından toxunmuş olduğu ekoloji problemlər olduqca önəmlidir: “Qeyd edilib ki, hələ 2022-ci ildə o, Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsi barədə xəbərdarlıq edib və bu gün vəziyyət kritik həddə çatıb: dəniz sürətlə kiçilir və səbəblər iqlim dəyişikliyi deyil. Gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün Xəzəryanı ölkələrin təcili birgə fəaliyyətinə və beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac var. Ölkəmizin başçısı çıxışında bir daha bəyan edib ki, “biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
Ümumilikdə isə dövlətimizin başçısının çıxışı Azərbaycanın regionda artan rolunu nümayiş etdirdiyi və enerjidən tutmuş iqlim gündəliyinə qədər qlobal çağırışlara töhfə verən yeni dövrün yol xəritəsi oldu. Bu, müharibəni və ədalətsizliyi yaşamış, lakin ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş, işğal nəticəsində xarabaya çevrilmiş kənd və şəhərlərini böyük əzmlə, fədakarlıqla yenidən dirçəldən, vətəndaşlarını öz tarixi, doğma yurdlarına qaytaran, öz təcrübəsini ümumbəşəri nümunəyə çevirməyi bacaran bir ölkənin çıxışıdır”.

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

 

Previous Post

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Next Post

Stubb: ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Stubb: ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

Stubb: ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər

Meteohəssas insanlara sabahla bağlı xəbərdarlıq

Meteohəssas insanlara sabahla bağlı xəbərdarlıq

Comments 3

  1. Ramin Tağıyev says:
    8 ay ago

    Hicran xanımın dediyi kimi, Prezidentimizin BMT-dəki çıxışı həqiqətən də qızıl kimi parladı! Adamın qulaqları pasdan təmizləndi desəm, yeridir. O qədər dərin məsələlərə toxunub ki, sanki qədim bir xəzinənin qapısını açıb. Gələcəyə necə baxmaq lazım olduğunu, necə böyük addımlar atıldığını gözəl izah eləyib. Sülh və ədalət mövzuları isə lap könlümüzə su səpdi.

    Cavabla
  2. Aysel Nəbiyeva says:
    8 ay ago

    Hicran xanımın dediyi kimi, İlham Əliyevin BMT-dəki çıxışı həqiqətən də çox vacib idi. Prezidentimiz sülhə və ədalətə nail olmağın yollarını bütün dünyaya anlatdı. Bu çıxış Azərbaycanın gələcəyi üçün yeni bir yol xəritəsi oldu. Çox doğru bir təhlildir.

    Cavabla
    • Nərmin Səmədova says:
      8 ay ago

      Hicran xanımın Prezidentin çıxışı haqqındakı dəyərləndirməsi yerindədir. Əliyevin BMT-də səsləndirdiyi fikirlər, xüsusilə münaqişələrin həlli və beynəlxalq ədalət məsələləri həqiqətən də diqqətəlayiqdir. Lakin, bu “yol xəritəsinin” bəzi detalları və tətbiqi barədə daha ətraflı müzakirələr zəruridir. Ümumilikdə, belə bir platformada Azərbaycanın mövqeyinin güclü şəkildə ifadə olunması təqdirəlayiqdir.

      Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.