"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qlobal tribunadan sülhə və əməkdaşlığa çağırış

26 Sentyabr 2025 - 11:58
in MANŞET
FacebookVatsap

Azərbaycanın xarici siyasət kursunda bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinin qurulması prioritet təşkil etməklə yanaşı, beynəlxalq və qlobal təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda dünya siyasətində aparıcı rol oynayan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq və birgə fəaliyyət xüsusi yer tutur.

Bunu da oxuyun

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

Azərbaycan sülhpərvər xarici siyasətə sadiqliyini nümayiş etdirərək BMT-nin təşəbbüsü ilə həyata keçirilən humanitar missiyalarda daim fəal iştirak edir, bu təşkilat çərçivəsində hər zaman ədalətli və obyektiv mövqe sərgiləyir. Ölkə başçımızın həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətdə də bu prinsipial mövqe mühüm yer tutur.

Prezident İlham Əliyevin BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirakı Azərbaycanın BMT ilə əlaqələrinin strateji xarakter daşıdığını və beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını bir daha təsdiq etdi. Prezident İlham Əliyevin dünya liderləri və nüfuzlu investisiya dairələri ilə keçirdiyi görüşlər Azərbaycanın qlobal siyasətdə fəal və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Xüsusilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan rəsmi qəbulda ABŞ və Azərbaycan liderləri arasında baş tutan səmimi dialoq hər birimizdə qürur hissi doğurdu. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xitabən söylədiyi “Mən Sizinlə həqiqətən fəxr edirəm. Sizin gördüyünüz işlər möhtəşəmdir. Sadəcə demək istəyirəm ki, Sizinlə bir yerdə olmaq mənim üçün böyük şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Biz birlikdə bu işlərdən zövq alacağıq. Dinc bir dünyada yaşayacağıq”
sözləri Azərbaycan liderinin qlobal arenadakı nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Bu ifadələr eyni zamanda Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdəki rolunun və qətiyyətli mövqeyinin açıq etirafı kimi dəyərləndirilə bilər.

Bəli, qeyd olunduğu kimi Prezident İlham Əliyev qlobal səviyyəli liderdir. Onun dünyanın birinci dövləti olan ABŞ-da keçirilən tədbirdə dünyanın birinci tribunasında etdiy çıxış beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və diqqətlə izlənildi.

Prezident qeyd etdi ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu, bir milyon azərbaycanlı yurd-yuvasından didərgin salındı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə baxmayaraq Ermənistan bu tələblərə əməl etmədi və sanksiyalardan yayınaraq işğalı davam etdirdi. ATƏT-in Minsk qrupu da münaqişənin həllində uğursuz oldu.

2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi. Ermənistan müharibə zamanı mülki əraziləri hədəf aldı, yüzdən çox vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiyası və işğala son qoyulması ilə tarixə düşdü.

Ölkə başçısı müharibədən sonra Azərbaycan Ermənistanla sülhə hazır olduğunu söyləyərək bəyan etdi ki, rəsmi Bakı beş əsas prinsip əsasında sülh müqaviləsi təşəbbüsü irəli sürüb. 2022-ci ildən başlayan danışıqlar nəticəsində bu il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətni paraflanıb, liderlər birgə bəyanat imzalayıb, ABŞ Prezidenti şahid kimi iştirak edib. Eyni zamanda Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət edib və bu qurum sentyabrın 1-də ləğv olunub. Bununla yanaşı Vaşinqton Sammitində “Tramp Marşrutu” vasitəsilə regional bağlantılar gücləndirildi, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə razılıq əldə olundu və Prezident Tramp 907-ci düzəlişin icrasını dayandırdı. Prezident Trampa sülh dəstəyinə görə təşəkkür etdi, avqust razılaşmalarını tarixi addım adlandırdı və bunun ardınca münasibətlərin strateji tərəfdaşlığa yüksəldiyini, bu razılaşmaların iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını vurğuladı.

Azərbaycan son illərdə enerji və nəqliyyat sahələrində qlobal əhəmiyyətli strateji mövqe qazanıb. Prezidentin çıxışında bildirildiyi kimi Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri ilə qaz təminatında dünya lideridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş rolunu oynayır. 2025-ci ilin avqustundan etibarən isə Türkiyə üzərindən Suriyaya qaz ixracı da başlayıb. Bərpaolunan enerjiyə ciddi sərmayələr qoyan Azərbaycan, 2030-cu ilə qədər enerji istehsalının 40%-ni günəş, külək və su enerjisi ilə təmin etməyi hədəfləyir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan, Ələt Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və artan yükdaşımalarla regionun aparıcı nəqliyyat mərkəzinə çevrilir. Prezident Azərbaycanın humanitar sahədəki beynəlxalq səylərinindən bəhs edərək bildirdi ki, ölkəmiz təbii fəlakətlər və səhiyyə böhranlarından zərər çəkmiş ölkələrə daim yardım göstərir. COVID-19 dövründə 80-dən çox ölkəyə tibbi avadanlıq, vaksin və maliyyə dəstəyi təqdim edilib. Bu, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Beləliklə, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu tribunasında çıxışı ilə təkcə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmadı, həm də beynəlxalq hüquqa əsaslanan sülh, inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlığın vacibliyini vurğuladı. Azərbaycan lideri sülhün yalnız sözlə deyil, əməli addımlarla qurula biləcəyini bildirməklə beynəlxalq ictimaiyyəti konkret və məsuliyyətli davranışa çağırdı.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Previous Post

Milli Məclisin deputatları Anım Günü ilə bağlı dünya parlamentlərinə müraciət edib

Next Post

2026 Dünya Kuboku Maskotları Təqdim edildi

Bənzər yazılar

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan...

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

Next Post
2026 Dünya Kuboku Maskotları Təqdim edildi

2026 Dünya Kuboku Maskotları Təqdim edildi

Amazon 2,5 milyard dollarlıq tarixi təzminat ödəyəcək

Amazon 2,5 milyard dollarlıq tarixi təzminat ödəyəcək

Comments 11

  1. İbrahim İsmayılov says:
    10 ay ago

    Çox gözəl bir məqalədir, Azərbaycanın beynəlxalq arenada oynadığı rolu əks etdirir. Prezident İlham Əliyevin BMT-dəki çıxışları və görüşləri ölkəmizin qlobal siyasətdəki əhəmiyyətini bir daha vurğulayır. Bu cür fəaliyyətlər Azərbaycanın nüfuzunu artırır və sülhə töhfəsini göstərir. Əla məlumat üçün təşəkkürlər!

    Cavabla
    • Mehdi Mehdiyev says:
      10 ay ago

      Yaxşı, məqalənin mövzusu ilə razılaşmayan, lakin onun məlumatlarını təkzib etməyən bir şərh yazaq. Bu şərh, məqalədə qeyd olunanlarla tamamilə razılaşmayan, lakin yenə də hörmətli bir tonu qoruyub saxlayan bir şərhlə dəyişdiriləcək.

      **Şərh:**

      Məqaləni oxudum, amma məncə BMT ilə əməkdaşlığın həmişə belə xeyirli olduğunu düşünmürəm. Bəzi məsələlərdə BMT-nin mövqeyi tam olaraq Azərbaycana uyğun gəlməyə bilər. Amma prezidentimizin BMT-də iştirakı və dünya liderləri ilə görüşləri yenə də yaxşıdır. Sadəcə, bəzən bu təşkilatların özləri də problemsiz deyil.

      Cavabla
  2. İlkin Cəfərov says:
    10 ay ago

    Bu məqalədə qlobal tribunadan sülhə və əməkdaşlığa verilən çağırışlar çox dəyərlidir. Azərbaycanın BMT ilə əməkdaşlığı və Prezident İlham Əliyevin beynəlxalq arenadakı fəaliyyəti təqdirəlayiqdir. Donald Trampın Azərbaycana verdiyi yüksək qiymət isə hər birimiz üçün qürurvericidir. Bu, ölkəmizin qlobal siyasətdəki rolunu bir daha təsdiqləyir.

    Cavabla
    • Əfsanə Babayeva says:
      10 ay ago

      Əslində bu məqalədə deyilən hər şey çox məntiqlidi. Amma maraqlı deyilmi ki, BMT kimi təşkilatlarla əməkdaşlıq sadəcə kağız üzərində qalmasın? Yəni, bu əməkdaşlıqdan Azərbaycan nə qədər faydalanır, görəsən? Bəlkə də hər zaman özümüz üçün də nələrsə etməliyik, bu başqa dövlətlərin təşəbbüslərini gözləmək əvəzinə?

      Cavabla
      • Babək Hacıyev says:
        10 ay ago

        Həqiqətən də, Prezidentimiz İlham Əliyevin BMT-dəki çıxışları və digər dövlət başçıları ilə görüşləri Azərbaycanın beynəlxalq arenadakı rolunu göstərir. Məqalədə də vurğulandığı kimi, bu əməkdaşlıqlar vacibdir və biz də ümid edirik ki, bu cür uğurlu addımlar davam edəcək. Qlobal səviyyədə sülhə və əməkdaşlığa verilən önəm çox sevindirici haldır.

        Cavabla
  3. Tural Abdullayev says:
    10 ay ago

    Çox gözəl məqalədir! Azərbaycanın beynəlxalq arenada artan rolunu və Prezident İlham Əliyevin sülhə və əməkdaşlığa verdiyi önəmi əks etdirir. Bu cür tədbirlər ölkəmizin qlobal siyasətdəki mövqeyini daha da gücləndirir. Donald Trampın dedikləri isə bunu bir daha təsdiqləyir.

    Cavabla
    • Ülviyyə Nəbiyeva says:
      10 ay ago

      Çox super! Trampın sözləri necə də yerinə düşüb, həmişə deyirlər ki, İlham Əliyev düzgün işlər görür, indi də Amerika prezidenti bunu təsdiqlədi. Elə bil Tramp da bizim kimi düşünür, “birlikdə yaşayacağıq” deyərək qlobal sülhə dəstək verir. Bu başçı ilə dünya necə də sakit və firavan olar, dəyməz mi?

      Cavabla
      • Pəri Mehdiyeva says:
        10 ay ago

        Əlbəttə, mətnlə tam razılaşan və müəllifin fikirlərini təsdiqləyən bir şərh yaza bilərəm.

        **Şərh:**

        Donald Trampın sözləri Azərbaycanın qlobal arenadakı mövqeyini və cənab Prezidentin uğurlu siyasətini bir daha təsdiqlədi. Bu, dünya liderlərinin də ölkəmizin sülhpərvər mövqeyini dəstəklədiyini göstərir. Belə əməkdaşlıqla ümid edək ki, hamı üçün dinc və firavan bir dünya yaradacağıq.

        Cavabla
  4. Günay Qədirova says:
    10 ay ago

    Bu məqalə Azərbaycanın beynəlxalq aləmdəki rolunu çox gözəl izah edir. Prezidentimizin BMT-dəki çıxışları və digər dövlət başçıları ilə görüşləri həqiqətən də qürurvericidir. Bu cür fəaliyyətlər ölkəmizin nüfuzunu daha da artırır.

    Cavabla
    • Zaur Səmədov says:
      10 ay ago

      Bu məqalə Azərbayanın beynəlxalq aləmdəki mövqeyini çox yaxşı əks etdirir. Prezidentimizin BMT-dəki uğurlu çıxışları və fəaliyyəti doğrudan da sevindirici. Bu cür görüşlər və əməkdaşlıqlar ölkəmizə olan hörməti artırır. Prezidentimizin apardığı siyasət həmişə olduğu kimi, yenə də yüksək səviyyədədir.

      Cavabla
      • Aysel Tağıyeva says:
        10 ay ago

        Bu məqalə Azərbayanın beynəlxalq aləmdəki mövqeyini çox yaxşı əks etdirir. Prezidentimizin BMT-dəki uğurlu çıxışları və fəaliyyəti doğrudan da sevindirici. Bu cür görüşlər və əməkdaşlıqlar ölkəmizə olan hörməti artırır. Prezidentimizin apardığı siyasət həmişə olduğu kimi, yenə də yüksək səviyyədədir. Qlobal tribunadan sülhə çağırış etməsi çox vacibdi.

        Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.