Ukrayna prezidenti Volodimir Zelenski Avropanı Moldovaya daha çox dəstək verməyə çağırıb.
Elchi.az “European Pravda”ya istinadən xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasına yüksək səviyyəli müraciətində bildirib.
Zelenski çıxışında deyib ki, Moldova növbəti dəfə İranın Livana etdiklərini Moldovaya da etməyə çalışan Rusiyanın müdaxiləsinə qarşı özünü müdafiə edir.
Ukrayna prezidentinin sözlərinə görə, dünyanın Kremlin bu hərəkətlərinə reaksiyası yenə də yetərli deyil.
“Artıq Gürcüstanı Avropada itirmişik. Oradakı insan haqları və dövlət sisteminin avropalı xarakteri ancaq tənəzzül edir. Gürcüstan Rusiyadan asılıdır. Və uzun illərdir Belarus da Rusiyadan asılılığa doğru gedir. Avropa Moldovanı itirməyə tab gətirə bilməz”, – deyə o, əlavə edib.
Yeganə





















