"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Mən çox istərdim ki, elmimiz, təhsilimiz daha da inkişaf etsin, yüksək səviyyəyə qalxsın” – Saleh Məhərrəmov

25 Sentyabr 2025 - 12:41
in CƏMİYYƏT
FacebookVatsap

Elchi.az AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovla müsahibəni təqdim edir.

Bunu da oxuyun

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

Sentyabrın 25-də tanınmış bioloq alim, Əməkdar elm xadimi, Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmovun 60 yaşı tamam olur. Alim yubileyi ərəfəsində elmi-pedaqoji fəaliyyəti, genetika və biomüxtəliflik sahəsində apardığı tədqiqatların nəticələri, AMEA-nın 80 illik yubileyi, dövlət başçısının Vaşinqton səfəri və digər aktual mövzularda suallarımızı cavablandırıb.

– Hörmətli Saleh müəllim, əvvəlcə sizi 60 yaşınız münasibətilə təbrik edirik, sizə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzu edirik. Saleh müəllim, 60 illik yubileyiniz həm şəxsi həyatınız, həm də elmi fəaliyyətiniz baxımından mühüm bir mərhələdir. Bu illər ərzində keçdiyiniz elmi və pedaqoji yolun hansı məqamlarını xüsusi vurğulamaq istərdiniz?

– Təbrikə görə sağ olun, təşəkkür edirəm. Təbii ki, hər bir insanın həyatında müəyyən məqamlar, anlar var ki, onlar heç zaman unudulmur. Orta məktəb dövrü və tələbəlik illəri mənim heç vaxt yadımdan çıxmır. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Xatırlayıram ki, həmin illərdə bir neçə kafedra müdiri mənim Azərbaycan Dövlət Aqrar Universitetində qalmağımı, orada fəaliyyət göstərməyimi istəyirdilər.
Uzun illər Azərbaycan Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmiş, AMEA-nın müxbir üzvü Nəriman Şirinov dövlət imtahanında məni aspiranturada təhsil almağa dəvət etdi.
Xatırlayıram ki, Moskvada “Helmintosid otlaq bitkiləri və baldırğanın toksikoloji
qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyamı müdafiə etdiyim zaman çox böyük sevinc və qürur hissi keçirmişdim. Bütün bunlar gənclik illərimin ən gözəl xatirələridir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunmağım, 2014-cü ildə ölkə başçısının digər Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülməyim, həmçinin 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilməyim – hər biri mənim ömrümdə, həyatımda, elmi-pedaqoji fəaliyyətimdə xüsusi izi olan hadisələrdir. Mən bu gün də elmimizin inkişafı yolunda əzmlə irəliləyirəm, fəaliyyətimi daim genişləndirməyə, yeni kadrlar yetişdirməyə çalışıram.

– Naxçıvan Dövlət Universitetinin rektoru olduğunuz müddətdə bu ali təhsil müəssisəsində hansı mühüm islahatlar həyata keçirilmişdir?

– Fikrimcə, elm və təhsilin inkişafının, dünya elminə inteqrasiyanın iki əsas amili vardır: yüksəkixtisaslı kadr potensialı və müasir laboratoriya avadanlıqları ilə təminat. Bu iki faktor bir araya gəldikdə, hər bir akademik qurum elm və təhsil sahəsində mühüm nailiyyətlərə imza ata bilər.
Dünyada tanınan azərbaycanlı alimlərin nailiyyətləri buna ən yaxşı sübutdur. Məsələn, Lütfi Zadənin süni intellekt sahəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi dünya elminə, süni intellektin və elektronikanın inkişafına inqilabi təsir göstərmişdir. Bu böyük alim də həmvətənimizdir. Deməli, əgər müasir laboratoriyalarımız və kifayət qədər texniki təminatımız olsa, biz dünya elminə böyük töhfələr, nailiyyətlər bəxş edə bilərik. İnanıram ki, Azərbaycanın iqtisadi inkişafı gələcəkdə bu istiqamətdə daha geniş imkanlar yaradacaq və elmi müəssisələrin maddi-texniki baza ilə təminatı daha yüksək səviyyəyə çatacaqdır.
Qeyd etmək istəyirəm ki, mən Naxçıvan Dövlət Universitetində rektor vəzifəsində çalışdığım dövrdə yeni laboratoriya avadanlıqlarının alınmasına xüsusi önəm verirdim. Bir neçə faktı xatırlatmaq istərdim. Universitetin Memarlıq və mühəndislik fakültəsinin “Dəmiryol nəqliyyatı tikinti mühəndisliyi” ixtisası üçün Rusiyadan təqribən 94 min dollar dəyərində “Dəmiryol stansiyalarının Avtomatik İdarəetmə Sistemi’ni almışdıq. Kimya laboratoriyasında dərslərin daha çox təcrübə əsasında keçirilməsi üçün müxtəlif reaktivlər gətirilmişdi. Fizika laboratoriyası üçün Rusiyadan təxminən 20 min dollar dəyərində laboratoriya avadanlıqları, eləcə də Coğrafiya kafedrası üçün küləyin sürətini, torpağın nəmliyini və digər göstəriciləri ölçmək üçün yeni cihazlar alınmışdı. Nəticədə, dərslərin təxminən 80 faizi artıq laboratoriyalarda, təcrübə əsasında aparılırdı. Bundan başqa, Türkiyədən “Hüquq” ixtisası üzrə cinayət işlərinin araşdırılmasında istifadə olunan, barmaq izlərini götürmək üçün müasir cihazlar almışdıq. Naxçıvanda ilk dəfə təhsil müəssisəsi kimi NDU-nun Bədən tərbiyəsi və idman kafedrasına təxminən 5 min manatdan artıq dəyəri olan boks rinqi almışdıq. Bu isə, Naxçıvanda boks üzrə universitetlərarası yarışların NDU-da keçirilməsinə səbəb olmuşdu. Bütün bu təşəbbüslərə şəxsən rəhbərlik etmişəm.

Rektor kimi fəaliyyətim dövründə həm də kadr siyasətinə xüsusi diqqət yetirmişəm. Həmin illərdə Naxçıvan Dövlət Universitetində Filologiya sahəsində Müdafiə şurası fəaliyyət göstərirdi, müəyyən hallarda isə birdəfəlik şuralar yaradılırdı. Mənim təşəbbüsümlə iki ixtisas üzrə daimi Müdafiə şuralarının yaradılmasına nail olmuşduq. Burada namizədlik və doktorluq dissertasiyalarının müdafiələri keçirilirdi. Onu da qeyd edim ki, öz sahəm üzrə çoxsaylı kadrların hazırlanmasına nail olmuşam.
Mənim rəhbərliyimlə 4 nəfər namizədlik dissertasiyasını uğurla müdafiə edib və hazırda NDU-da çalışır. Bundan əlavə, elmi rəhbərliyimlə dissertasiya müdafiə etmiş alim və mütəxəssislər Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, həmçinin digər müxtəlif ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərirlər. Bu, mənim üçün böyük qürur və fərəh mənbəyidir.

– Saleh müəllim, hazırda sizin rəhbərlik etdiyiniz Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsində aparılan tədqiqatlar ölkəmizdə kənd təsərrüfatının inkişafında hansı rola malikdir?

– Əvvəlcə onu qeyd edim ki, bizim şöbədə vaxtilə heyvandarlıq sahəsində yeni cinslərin alınması ilə bağlı xeyli tədqiqatlar aparılmışdır. Lakin institutun əsas fəaliyyət istiqaməti bitkiçilikdir. Çünki burada genetik baza mövcuddur və əsasən müxtəlif bitkilərin toxumları saxlanılır. Kənardan gətirilən bitki sortlarının introduksiyası, onların uyğunlaşdırılması, yeni sortların və hibridlərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Heyvandarlıq istiqamətində isə, xüsusilə genetik xüsusiyyətlərin tədqiqi ilə bağlı araşdırmalar nisbətən zəif inkişaf etmişdir. Bizim məqsədimiz laboratoriya təminatını gücləndirməklə Azərbaycanda həm yerli, həm də xaricdən gətirilən müxtəlif heyvan növlərinin genetik xüsusiyyətlərinin öyrənilməsinə şərait yaratmaqdır. Hibridlər və mələzlər üzərində aparılan işlər nəticəsində yeni cinslərin yaradılması istiqamətində tədqiqatları inkişaf etdirmək qarşımızda duran əsas hədəflərdəndir.
Mən bu institutda çalışdığım müddətdə bir neçə rayonda – Şəki, Balakən, Zaqatala və s. elmi ezamiyyətdə olmuşam. Həmin bölgələrdə yerli və saxlanılan cinslərdən qan nümunələri toplayaraq institutda analiz etmişik. Əlbəttə, mövcud imkanlarımız çərçivəsində yalnız müəyyən səviyyəyə qədər təhlillər aparmaq mümkün oldu. Gələcəkdə laboratoriya təminatımız təkmilləşdikcə, bu tədqiqatların dərinləşəcəyinə və daha mühüm elmi nəticələrin əldə olunacağına inanıram.
Təbii ki, institut daha yüksək səviyyədə tədqiqatlar aparmaq potensialına malikdir. Məsələn, heyvanların genetik xüsusiyyətlərini öyrənməklə, xaricdən gətirilən cinslərin Azərbaycan şəraitində xəstəliklərə davamlılığını təmin edən genlərin müəyyənləşdirilməsi vacibdir. Bu genlər üzə çıxarılmalı, uyğun olmayan xüsusiyyətlər aradan qaldırılmalıdır ki, həmin cinslər yerli şəraitə daha tez uyğunlaşsın və məhsuldarlıq artsın. Eyni zamanda, alınan hibridlərdə məhsuldarlığı qoruyan genlərin təyini əsasında yeni cinslərin Azərbaycanda yetişdirilməsi mümkün ola bilər. Çünki xaricdən gətirilən cinslər, adətən, 2–4-cü nəsildən sonra öz ilkin məhsuldarlıq xüsusiyyətlərini itirirlər. Buna görə də, yerli şəraitdə yeni cinslərin yaradılması, onların genetik xüsusiyyətlərinin dərindən öyrənilməsi, məhsuldarlığı möhkəmləndirən genlərin müəyyənləşdirilməsi tədqiqatların əsas obyektini təşkil etməlidir. Gələcəkdə məhz bu istiqamətdə geniş elmi araşdırmalar aparmağı planlaşdırırıq.
Onu da qeyd etmək lazımdır ki, hazırda işğaldan azad olunmuş ərazilərdə fermaların tam şəkildə bərpası və müasir səviyyədə heyvandarlıq müəssisələrinin qurulması prosesi hələ tam formalaşmayıb. Bu kimi tədqiqatların aparılması üçün müasir avadanlıqlarla təchiz olunmuş, mexanikləşdirilmiş fermer təsərrüfatlarının mövcudluğu çox vacibdir. Bu şəraitdə həm xaricdən gətirilən, həm də yerli cinslər arasında hibridləşmə aparmaq, yeni mələzləri əldə etmək mümkün olacaq. İşğaldan azad olunmuş ərazilərimiz inkişaf etdikcə həmin bölgələrdə fermer təsərrüfatlarında şəraitə uyğunlaşmış cinslər – quşçuluq, qoyunçuluq və iribuynuzlu mal-qara saxlanılacaq və onların əsasında tədqiqatlar genişləndiriləcək.

-Genetika və dendrologiya sahəsində apardığınız tədqiqatların əsas istiqamətləri hansılardır?

– Genetika sahəsində əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsidir. Bununla yanaşı, mən Dendrologiya İnstitutunda da çalışıram və burada əsas fəaliyyətimiz işğaldan azad olunmuş ərazilərdə aparılan ekspedisiyalarla bağlıdır.
Bir neçə dəfə qrup halında Zəngilanın Ağalı kəndində, Bəsitçay hövzəsində, həmçinin Oxçuçay hövzəsi ətrafında ekspedisiyalarda olmuşuq. Burada əsasən kol və ağac bitkiləri öyrənilmiş, onların yayıldığı ərazilər, növləri, həmin şəraitdə inkişaf xüsusiyyətləri və morfoloji quruluşları ilə bağlı tədqiqatlar aparılmışdır. Xüsusilə də işğal altında olan torpaqlarımızın azad olunması bu
istiqamətdə elmi araşdırmaların əhatə dairəsini daha da genişləndirmişdir.

– Bu il həm də AMEA-nın 80 illik yubileyi qeyd olunur. Bir alim və Akademiyanın müxbir üzvü kimi bu tarixi hadisəni necə qiymətləndirirsiniz və AMEA-nın gələcək inkişaf istiqamətlərini necə görürsünüz?

– Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 18 mart tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam bir tərəfdən ölkənin ən böyük elmi mərkəzi olan AMEA-ya dövlətin xüsusi diqqəti və qayğısını, digər tərəfdən isə ölkə rəhbərinin Azərbaycan elminə, alimlərinə və ümumilikdə Akademiyaya verdiyi yüksək dəyəri sübut edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Elmlər Akademiyasına və ziyalılara xüsusi diqqət göstərmişdir. Ulu Öndərimiz elm sahəsində əldə olunan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi qiymətləndirmiş, bu sahəyə diqqətini heç vaxt əsirgəməyərək elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, ilk dəfə 1975-ci ildə, Ulu Öndərin təşəbbüsü və qayğısı ilə Akademiyanın 30 illik yubileyi keçirilmişdir.
AMEA-nın 80 il ərzində keçdiyi şərəfli tarixi yola nəzər salsaq, görərik ki, bu qurum Azərbaycanda həm elmi intellektual potensialın, həm də sənaye sahəsinin inkişaf etdirilməsinə mühüm töhfələr vermişdir. Əminliklə deyə bilərik ki, Azərbaycanda neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlərin böyük bir qismi alimlərimizin ardıcıl elmi fəaliyyətinin nəticəsi olaraq praktikada uğurla tətbiq olunmuşdur.

Əlbəttə ki, bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi altında yeni mərhələdə fəaliyyətini uğurla davam etdirir. Burada müasir çağırışlar nəzərə alınaraq, sistemli yanaşmalar əsasında elmi tədqqiatlar aparılır, mühüm nəticələr əldə olunur. Elmi nailiyyətlərin praktikada tətbiqi imkanlarının genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, dünyanın nüfuzlu elmi mərkəzləri, qurumları ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi, xarici alimlərlə birgə tədqiqatların apaerılması, qabaqcıl biliklərin ölkə ictimiayyətinə çatdırılması və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması AMEA-nın strateji hədəfləri sırasındadır.

İnanıram ki, elm və təhsil sahəsinə ayrılacaq maliyyə vəsaitinin düzgün yönləndirilməsi nəticəsində müasir laboratoriyalarla təmin olunacağıq. Dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılacaq tədqiqatlar və əldə olunacaq nailiyyətlər yalnız Azərbaycan elminə deyil, həm də dünya elminə mühüm töhfələr verəcək.

– Cənab Prezidentin Vaşinqton səfəri ölkəmiz üçün mühüm tarixi hadisə kimi yadda qaldı. Bir alim kimi bu səfərin nəticələri barədə fikrilərinizi bölüşməyinizi istərdik.

– Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin əksəriyyəti Qarabağ məsələsinin artıq həll edilməyəcəyini düşünürdü. Tarixə nəzər salsaq görərik ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərlə qonşuluq münasibətlərində zaman-zaman torpaqlarımızın geri alınması mümkün olmamışdır. Qarabağ probleminin bugünkü səviyyədə həlli isə çox böyük tarixi uğur və reallıq kimi qiymətləndirilməlidir.
Bundan başqa, Qafqaz regionunda yerləşən ölkə kimi, qonşularımızla münasibətləri diqqətlə izləmək son dərəcə vacibdir. Qafqazda gedən proseslər, baş verən hadisələr yalnız region ölkələrin iştirakı ilə həll edilməlidir. Çünki xarici dövlətlərin müdaxiləsi regionda sülh və asayişin pozulmasına gətirib çıxara bilər.

Cənab Prezidentin Vaşinqton səfərinə gəldikdə isə, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə birgə keçirdiyi görüşdə əldə olunmuş ən mühüm razılaşmalardan biri ölkəmizin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizi, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılığın əldə olunmasıdır.
Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə etdiyi digər mühüm tarixi nailiyyət isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi idi. Bu istiqamətdə tərəflər rəsmi qaydada ATƏT-ə müvafiq müraciət ünvanlamışlar.
Qeyd olunmalıdır ki, Cənubi Qafqazda yaranmış mürəkkəb geosiyasi şərait fonunda ABŞ-da belə bir görüşün reallaşdırılması adi diplomatik müzakirə kimi deyil, beynəlxalq siyasət və diplomatiya tarixində xüsusi əhəmiyyət kəsb edən bir hadisə kimi yadda qalmışdır.
Bu qələbəyə gətirib çıxaran tarixi proseslərə nəzər saldıqda, ilk növbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər xüsusi qeyd edilməlidir. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir, sülh sazişinin paraflanması isə bu qəti qələbənin rəsmi təsdiqi olmuşdur.
Azərbaycan xalqının Ali Baş Komandan ətrafında bir yumruq kimi sıx birləşməsi, dövlət–xalq–ordu birliyinin möhkəmliyi haqq savaşımızda qələbənin təmin edilməsində həlledici rol oynamışdır. Bu qələbənin ideoloji dayaqlarını məhz xalq-iqtidar həmrəyliyi və xalq-ordu birliyi təşkil etmişdir.
Bununla yanaşı, Prezident İlham Əliyevin dünya erməni lobbisinə qarşı apardığı mübarizə və bu istiqamətdə qazandığı qələbə də Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisədir. Bu səfər həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyət daşıyan mötəbər tarixi hadisə kimi xarakterizə olunur.
Əlbəttə ki, Vaşinqtonda sülh sazişinin paraflanması Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi uzaqgörən xarici siyasətin məntiqi və şərəfli yekunu kimi qiymətləndirilməlidir.
Vaşinqtonda əldə olunan tarixi nailiyyətlər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarının və arzularının gerçəkləşməsinin parlaq təzahürüdür.

Xatırladım ki, Ulu Öndər Heydər Əliyev 2003-cü il 1 oktyabr tarixində, Prezident seçkiləri ərəfəsində xalqa müraciətində belə söyləmişdir: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün həmin sözlərin reallığa çevrilməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və atasının vəsiyyətinə sədaqətinin təsdiqidir. Onun “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikri də bu məqamı əks etdirir.
ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə münasibətini də xüsusi qeyd etmək istərdim. Vaşinqton görüşlərində İlham Əliyev beynəlxalq siyasətdə nüfuzlu dövlət başçısı kimi qəbul edilmiş, Tramp tərəfindən də böyük siyasi lider kimi qarşılanmışdır.
Bütün bunlar Azərbaycan xalqı üçün qürurverici hadisələrdir. Eyni zamanda, xalqın Prezidentin siyasətinə dəstək göstərməsi milli həmrəyliyin təzahürü olmaqla yanaşı, həm də hər bir vətəndaşın mənəvi borcudur.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Previous Post

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

Next Post

Əlisəmid Kürə görə Mehriban Əliyevaya müraciət etdilər

Bənzər yazılar

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05

28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib. Bu...

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02

İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş...

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və...

Next Post
Əlisəmid Kürə görə Mehriban Əliyevaya müraciət etdilər

Əlisəmid Kürə görə Mehriban Əliyevaya müraciət etdilər

Netanyahu Trampla görüşəcək

Netanyahu Trampla görüşəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.