İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani bəyan edib ki, ABŞ-ın raketlərin məsafəsini 500 kilometrdən aşağı azaltmaq tələbi nüvə danışıqlarına mənfi təsir edib.
Elchi.az xəbər verir ki, İranın Ticarət və Sənaye Palatasına səfəri zamanı danışan Laricani ABŞ və Qərb ölkələri ilə danışıqlarda nə üçün irəliləyiş əldə edilmədiyini açıqlayıb. Laricani, “ABŞ danışıqlarda raket məsafəmizi 500 kilometrdən aşağı salmaq şərti qoyub. Bir iranlı bunu qəbul edə bilərmi? Problem ondadır ki, qəbuledilməz tələblər irəli sürürlər”.
Şayəstə Hüseynova





















