"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

20 Sentyabr 2025 - 16:52
in SİYASƏT
FacebookVatsap

Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

Elchi.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”nı, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Ruandada akkreditə olunmuş səfiri Ruslan Nəsibov və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini xanım Juliana Kangeli Muganza mübadilə ediblər.

Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əvvəlcə cənab Prezidentə Azərbaycana səfər etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sonuncu dəfə biz ötən ilin noyabrında Bakıda COP29-da görüşdük və həmin vaxt mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Çox minnətdaram ki, o, mənim dəvətimi qəbul etdi və bu gün ölkəmizdə rəsmi səfərdədir.

Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.

Şadam ki, son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib və mən cənab Prezidentə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Ölkənizin genişmiqyaslı inkişafı, xalqınızın dövlətçiliyə, müstəqilliyə bağlılığı və müstəqil siyasəti ona böyük təəssürat bağışlayıb. Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də “ASAN xidmət” kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan “ASAN xidmət”in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim.

O, Azərbaycanda həmin dövlət xidmətləri mərkəzlərindən birinə səfər edəcək və bu cür qurumun Ruandada qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyimiz təqdirdə çox məmnun olarıq. Bu gün biz enerji sektorunda imkanları müzakirə etdik. Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.

Cənab Prezident, bizə səfər etdiyinizə görə bir daha minnətdaram və Sizə xoş səfər arzu edirəm.

Prezident Pol Kaqamenin bəyanatı

-Təşəkkür edirəm, Prezident Əliyev.

İlk növbədə, məni Azərbaycana səfərə dəvət etdiyiniz üçün və həyata keçirilmiş bütün bu işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Mən iki ölkənin əməkdaşlıq edəcəyi sahələri yüksək qiymətləndirirəm.

Cənab Prezident, Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bunların həyata keçirilməsinə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik. Biz bu əməkdaşlıq vasitəsilə nəyə nail olmaq imkanları ilə bağlı bir çox məsələləri öyrənmişik. Biz davamlı səylər göstərərək bu əməkdaşlığın hamımız üçün məhsuldar olmasını təmin etmək məqsədilə daha da böyük sürətlə fəaliyyət göstərmək istəyirik. Ölkənizi bu əməkdaşlığa açıq etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Bu əməkdaşlıq vasitəsilə Siz də qeyd etdiyiniz kimi, neft və mədən sektorunda müəyyən əsas sahələrin inkişafı üçün ölkəmizdən dəstək əldə edə bilərsiniz. Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan “ASAN xidmət”in necə işlədiyinin şahidi olmağı səbirsizliklə gözləyirəm. Bizim sistem “ASAN xidmət” modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik.

Sonuncu, lakin mühüm məsələ odur ki, bayaq da qeyd etdiyim kimi, cənab Prezident, mən Sizi ölkənizdə cərəyan edən bu inkişaf prosesləri münasibətilə təbrik etmək istəyirəm. Siz sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğulsunuz. Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı – sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm. Lakin, cənab Prezident, eyni zamanda, Sizə deyirəm ki, biləsiniz, Sizin Afrikada, Ruandada dostlarınız var. Ona görə də biz hər iki ölkənin rifah halının daha da sürətləndirilməsi üçün öz aramızda və ölkələrimiz arasında bu dostluq, əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik. Bir daha təşəkkür edirəm.

Previous Post

Günəşdə güclü partlayış baş verdi

Next Post

Azərbaycana 14 sm qar yağdı

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post
Azərbaycana 14 sm qar yağdı

Azərbaycana 14 sm qar yağdı

İlham Zəkiyev yenə Avropa çempionu oldu

İlham Zəkiyev yenə Avropa çempionu oldu

Comments 4

  1. Nigar Orucova says:
    10 ay ago

    Əla məqalədir! Prezidentlərin birgə bəyanatları hər zaman maraqlı olur. Bu cür görüşlərin ölkələrimiz üçün xeyirli olacağına ümid edirəm. Ən çox da təhsil sahəsində əməkdaşlıq barədəki razılaşma diqqətimi çəkdi.

    Cavabla
    • Şəbnəm Nəsibova says:
      10 ay ago

      Bu görüş həqiqətən də ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Prezidentlərin çıxışları da bunu təsdiqləyir. Ümid edirəm ki, bu əməkdaşlıqlar daha da inkişaf edəcək.

      Cavabla
  2. Aygün Ələkbərova says:
    10 ay ago

    Bu məqalədə Azərbaycan və Ruanda prezidentlərinin iştirakı ilə imzalanan sənədlər haqqında məlumat verilir. Prezident İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin görüşü iki ölkə arasındakı əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Hava əlaqəsi, təhsil, kənd təsərrüfatı və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu cür görüşlər və imzalanan sazişlər ölkələrimiz üçün çox faydalıdır.

    Cavabla
  3. Həcər Şıxıyeva says:
    10 ay ago

    Çox maraqlı məqalədir, əlaqələrin inkişafı sevindiricidir. Bu iki ölkənin liderlərinin bir araya gəlməsi əminəm ki, gələcək əməkdaşlığa böyük töhfə verəcək. Prezidentlərin bəyanatları bu əlaqələrin nə qədər vacib olduğunu bir daha göstərdi. Bu cür səfərlər hər zaman müsbət nəticələr verir.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.