"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qərbi Azərbaycanın xalçaçılıq sənəti

09 Sentyabr 2025 - 15:30
in CƏMİYYƏT
FacebookVatsap

Qərbi Azərbaycanın xalçaçılıq sənətini danışarkən xalq rəssamı, professor Kamil Əliyevi mütləq xatırlamaq lazımdır. O, Azərbaycan xalça sənətinin incəliklərini qoruyub saxlamış, milli naxışlarla zənginləşdirmiş görkəmli sənətkardır və xalça sənətinə olan sevgisi qədim İrəvanda formalaşıb.

Bunu da oxuyun

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Kamil Əliyevin yaradıcılığı Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni zirvələrə qaldırıb. Onun yaratdığı xalçalar yalnız sənət nümunəsi deyil, həm də mənsub olduğu xalqın mədəniyyətini əks etdirir. Fırçası və qələmi ilə hazırladığı portret-xalçalar, Azərbaycan və dünya klassiklərinin, şair və mütəfəkkirlərin, görkəmli dövlət və ictimai xadimlərin portretləri fitri istedadın və ali hisslərin vəhdətindən doğmuş incəsənət nümunələridir.

Xalçalar arasında xüsusi yer Kamil Əliyevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi portret-xalçalara aiddir. Ulu Öndər Heydər Əliyev Kamil Əliyevin yaradıcılığını gənclik illərindən tanıyır və yüksək qiymətləndirirdi. Onun xalça üzərində əbədiləşdirdiyi portretlərdən biri Milli İncəsənət Muzeyində keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisində nümayiş olunur.

Bu sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilib və Qərbi Azərbaycan incəsənətinə həsr edilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində sərgidə təxminən 100 eksponat təqdim olunur. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” qalereyasının kolleksiyasından eksponatlar nümayiş etdirilir. Bu eksponatlar Qərbi Azərbaycan incəsənəti haqqında tamaşaçılarda tam təsəvvür yaradır.

Qədim İrəvanın tarixi ilə tanış olanlar sərgidə təqdim olunan rəsmləri tanıya bilər. İrəvan xanı Hüseynqulu xan, Rüstəm Zal və digər rəsmlər bir zamanlar İrəvan Sərdar sarayının divarlarını bəzəyirdi. Sərdar sarayının inşası 1605–1625-ci illərdə Çuxur-Sədd bəylərbəyliyi dövründə İrəvan hakimi Əmirgünə xan Qacar tərəfindən baş tutub. 1673-cü ildə Fransız səyyahı Jan Batist Şarden saraydakı tamaşanı təsvir edib. 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan, 1791-ci ildə isə oğlu Məhəmməd xan sarayın Güzgülu salonu və Yay imarətini inşa ediblər. Divarlar və pəncərələr nəbati naxışlarla, mifik və real qəhrəmanların rəsmləri ilə bəzədilib.

Çar Rusiyası tərəfindən İrəvan xanlığı işğal edildikdən sonra saray əvvəlcə qərargah, sonra kazarma kimi istifadə olunub və sənət əsərləri əvvəlki gözəlliyini itirib. 1850-ci ildə Mirzə Qədim İrəvani divarlardakı bəzi rəsmləri bərpa edib, lakin sonrakı illərdə baxımsızlıq ucbatından saray getdikcə dağılmağa başladı. XX əsrin əvvəlində çəkilmiş fotolar sarayın gözəlliyini göstərir.

Sərgidə nümayiş etdirilən rəsmlər Mirzə Qədim İrəvaninin əl işlərinin orijinalı deyil, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsərlərin Azərbaycan rəssamları tərəfindən işlənmiş surətləridir. Lakin 2019-cu il mayın 27-də orijinal əsərlər Heydər Əliyev Mərkəzində keçirilmiş “Tarixin şah əsərləri” sərgisində nümayiş etdirildi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi sərgidə XX əsrin əvvəllərində Sərdar sarayından çıxarılmış 300-ə yaxın eksponat təqdim olunub. Buraya Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş rəsm əsərləri, İrəvanda yaşayan azərbaycanlıların geyim və əşyaları, Sərdar sarayının divarlarından götürülmüş kaşı bəzəklər və Dmitri Yermakovun fotosənədləri daxildir.

Mirzə Qədim İrəvani Azərbaycanda realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynayıb. O, həm tikmə üçün trafaret rəsmlər, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. Sərgidə onun bu əsərlərindən bir neçəsi, həmçinin əvvəllər nümayiş olunmamış divar rəsmlərinin eskizləri də təqdim edilir.

…Təsviri incəsənət nümunələri Qərbi Azərbaycan türklərinin və onların əcdadlarının min illər boyu tarixi torpaqlarımızda yaratdıqları zəngin mədəni irsin yalnız kiçik bir qismidir. Soydaşlarımızın o torpaqlarda yaratdığı folklor, etnoqrafiya, mədəniyyət, adətlər, inanclar haqqında hələ söhbətlərimiz olacaq. Əsas odur ki, 200 ilə yaxındır ki, erməni millətçiləri tərəfindən məhv edilməsinə, oğurlanmasına baxmayaraq bu irs yaşayır… İnsanlarımızın yaddaşında, ruhunda yaşayır… Və bir gün bizi doğma yurdlarımıza bu yaddaş qaytaracaq…

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

Previous Post

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Next Post

Onlar da polisin vəzifələrini icra edəcək

Bənzər yazılar

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard...

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

12 Oktyabr 2026 - 11:33

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib. Bu barədə Elchi.az-a qurumdan məlumat...

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. Elchi.az-a daxil olan bəyanatda deyilir: “Son günlər İran və...

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post
Onlar da polisin vəzifələrini icra edəcək

Onlar da polisin vəzifələrini icra edəcək

Avropalılar Leyendən qurtulmaq istəyirlər

Avropalılar Leyendən qurtulmaq istəyirlər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12 Oktyabr 2026 - 11:43
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12 Oktyabr 2026 - 11:42
Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

12 Oktyabr 2026 - 11:40
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12 Oktyabr 2026 - 11:36
DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

12 Oktyabr 2026 - 11:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.