“Çin və Avropa İttifaqı qeyri-müəyyən beynəlxalq vəziyyət şəraitində əlaqələri, qarşılıqlı etimadı gücləndirməli və əməkdaşlığı dərinləşdirməlidir”.
Elchi.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin açıqlama verib.
“Beynəlxalq vəziyyət nə qədər xaotik və qarışıq olarsa, Çin və Aİ əlaqələri və qarşılıqlı etimadı bir o qədər gücləndirməli və əməkdaşlığı artırmalıdır. Ümid edirik ki, Portuqaliya Çin-Aİ tərəfdaşlığı mövqeyinə sadiq qalacaq və Çin-Aİ əlaqələrinin davamlı, sabit və sağlam inkişafına kömək edəcək”, -deyə Çin lideri bildirib.
Si Cinpinin sözlərinə görə, dünya indi yenidən təlatüm və dəyişiklik dövrünə qədəm qoyur: “Çin çoxtərəfli məsələlərdə Portuqaliya ilə yaxından əməkdaşlıq etməyə, əsl çoxtərəfliliyi birgə təşviq etməyə, BMT-nin və azad ticarət sisteminin nüfuzunu qorumağa, daha ədalətli və daha ağlabatan qlobal idarəetmə sisteminin qurulmasına kömək etməyə hazırdır”, – Çin prezidenti bildirib.
Yeganə





















