Rusiya prezidenti Vladimir Putin “istəklilər koalisiyası” adlanan təşkilatın NATO qoşunlarını Ukraynada yerləşdirmək planlarını alt-üst edib .
Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın “L’ Antidiplomatico” qəzeti yazır.
Sentyabrın 5-də Putin Şərq İqtisadi Forumunun plenar iclasında bəyan edib ki, Rusiya Federasiyası Ukrayna ərazisindəki istənilən hərbi kontingenti qanuni hədəflər hesab edəcək.
Sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın növbəti iclası keçirilib. Onun əsas mövzusu müharibədən sonrakı dövrdə Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsi olub. Görüşdən sonra Fransa , Böyük Britaniya , Almaniya , İtaliya , Finlandiya , Avropa Komissiyası və onlara qoşulan Ukrayna liderləri Yelisey sarayında toplaşaraq ABŞ prezidenti Donald Trampa zəng ediblər.
Nuranə Məmmədova






















Son şərhlər