“Nazirlər Şurasında Livan ordusunun 5 avqust 2025-ci il tarixli iclasda müəyyən edilmiş çərçivədə ölkə daxilində silahların yayılmasını məhdudlaşdırmaq və həyata keçirmək planını dəstəklədik”.
Elchi.az xəbər verir ki, bu barədə Livanın baş naziri Navaf Salam sosial şəbəkədə yazıb.
“Biz həmçinin qərara aldıq ki, ordu komandanlığına planın gedişatı barədə Nazirlər Şurasına aylıq hesabat təqdim etmək tapşırığı verək”, – deyə o, hesabında yazıb.
Qeyd edək ki, bu qərar Livan ordusunun Hizbullahı tərksilah etmək planının təsdiqi deməkdir.
Yeganə






















Son şərhlər