Almaniya “uyğun zamanda” Ukraynanın təhlükəsizliyinə zəmanət kimi hərbi iştirakla bağlı qərar qəbul etmək niyyətindədir.
Elchi.az xəbər verir ki , bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, bu, ABŞ-ın iştirakının mahiyyəti və miqyası aydın olanda, həmçinin danışıqlar prosesinin nəticələrinə əsaslandıqda baş verəcək . Bu qərar Almaniya kansleri Fridrix Merzin iştirak etdiyi qondarma “istəklilər koalisiyası”nın iclasından sonra qəbul edilib.
Merz qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı sammitə hazırlıq işləri davam etdiriləcək. Orada atəşkəslə bağlı razılaşma əldə olunmalıdır. Əgər bu baş verməsə, o zaman Avropa diplomatik həll şansını artırmaq üçün Rusiyaya sanksiya təzyiqini artıracaq, hesabatda vurğulanır.






















Son şərhlər