Çinin CCTV telekanalı Putin və Si Tsinpin arasında keçirilən görüşün nəticələrində Ukrayna mövzusuna toxunmayıb.
Elchi.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının Rusiya prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında keçirilən görüşdən sonra dərc etdiyi bəyanatda Ukrayna münaqişəsinin və ya Alyaskadakı sammitin müzakirəsindən söz açılmayıb.
Liderlərin danışıqları Pekində baş tutub. Rəsmi görüşdən sonra Çin Mərkəzi Televiziyası tərəflərin bəyanatlarından əsas məqamları, eləcə də söhbətin ümumi məzmununu qısaca təsvir edən bəyanat yayıb.
Görüş zamanı Çin prezidenti Rusiya ilə əlaqələri yüksək səviyyədə gücləndirməyə və tərəflərin maraqlarına toxunan məsələlərlə bağlı mövqeləri operativ şəkildə əlaqələndirməyə hazır olduğunu bildirib.
O vurğulayıb ki, ölkələr böyük layihələr vasitəsilə əməkdaşlığı inkişaf etdirməli və bir-birinin maraqlarının daha dərin inteqrasiyasını təşviq etməlidir.
Şayəstə Hüseynova






















Son şərhlər