Si: Çin və Rusiya suveren bərabərliyə və çoxtərəfliliyə üstünlük verir.
Elchi.az xəbər verir ki, Çin və Rusiya suveren bərabərliyə və çoxtərəfliliyə üstünlük verir və ölkələr Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS və G20 kimi çoxtərəfli platformalarda əməkdaşlığı gücləndirməyə davam etməlidir. Çin Mərkəzi Televiziyası (CCT) xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.
Həmçinin qeyd olunur ki, Pekində keçirilən danışıqlar zamanı iki ölkə liderləri qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.
CCT-nin məlumatına görə, Putin və Si ikitərəfli əməkdaşlığa dair enerji, aerokosmik sənaye və süni intellekt sahələrini əhatə edən 20-dən çox sənəd imzalayıblar.
Vladimir Putin avqustun 31-dən Çində dördgünlük səfərdədir. Əvvəlcə o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyantszin sammitində iştirak edib və toplantı çərçivəsində dünya liderləri ilə bir sıra görüşlər keçirib. Sentyabrın 2-də Rusiya prezidenti Pekindəki Xalq Yığıncaq Salonunda Çin sədri ilə görüşüb. Və sentyabrın 3-də Putin militarist Yaponiya üzərində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması şərəfinə keçirilən hərbi parada dəvət olunub.
Şayəstə Hüseynova






















Son şərhlər