Rusiya ilk dəfə olaraq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın sammiti zamanı Ukraynadakı münaqişənin həllinə dair razılaşmanın razılaşdırıldığını təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç sosial media hesabında bildirib.
“Bu, əslində, Ukrayna üzrə sövdələşmənin Alyaskada tərtib olunduğuna dair Rusiya tərəfinin ilk təsdiqidir”, – deyə ekspert qeyd edib.
Qeyd edək ki, Putin bir müddət əvvəl Alyaskada Trampla son görüşdə əldə olunan anlaşmaların Ukraynada sülhə yol açacağına ümid etdiyini bildirmişdi.
Həmçinin Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov aydınlıq gətirib ki, dövlət başçıları Rusiya tərəfinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla apardığı təmasları davam etdirmək barədə razılığa gəliblər.
Yeganə






















Son şərhlər