“The Guardian” yazır ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ nümayəndələri Rusiyadan Ukrayna ilə danışıqlara razılıq verməyi tələb edib və hərbi əməliyyatların davam edəcəyi təqdirdə sanksiyalar tətbiq edəcəyi ilə hədələyiblər.
Elchi.az xəbər verir ki, iclasın çağırılmasına səbəb çərşənbədən cümə axşamına keçən gecə Ukrayna ərazisinə iri pilotsuz təyyarə və raket hücumu olub.
Kiyevin məlumatına görə, 20-dən çox insan həlak olub.
ABŞ-ın BMT-dəki missiyasının müşaviri Con Kellinin sözlərinə görə, zərbələr Rusiyanın sülh məsələsində ciddiliyini şübhə altına alır. O, Vladimir Putin və Volodimir Zelenskinin görüşə razılıq verməli olduğunu vurğulayıb, həmçinin Donald Trampın sanksiyaların mümkünlüyü ilə bağlı xəbərdarlığını xatırladıb.
Bundan əvvəl Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen enerji, maliyyə sektoru və digər əsas sahələrə təsir edən Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çağırıb.
Yeganə


















