ABŞ prezidenti Donald Trampın Vaşinqtonda təhlükəsizliyi artırmaq və cinayət nisbətlərini azaltmaq üçün “ictimai təhlükəsizlik fövqəladə vəziyyət” elan etməsindən sonra şəhərdə avtomobil qaçırma hallarının 87 faiz azaldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımında Tramp Vaşinqtonda “təhlükəsizliyin artırılması və cinayətin qarşısının alınması” üçün verilən qərarları dəyərləndirib.
O qeyd edib ki, fövqəladə vəziyyətdən sonra Vaşinqtonda avtomobil qaçırma halları 87 faiz azalıb və paytaxtla bağlı verdiyi qərarlardan sonra “bütün digər cinayət kateqoriyaları da əhəmiyyətli dərəcədə azalıb”.
Tramp, “Vaşinqton cəmi 14 gün ərzində planlaşdırılandan çox daha sürətli cinayətdən azad zona olacaq” dedi.
Şayəstə Hüseynova


















