Yaponiyada yerləşən Nikkei və Asahi Shimbun qəzetləri ABŞ-da yerləşən süni intellekt startapı Perplexity AI-a qarşı müəllif hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. Nikkei və Asahi Shimbun qəzetləri ABŞ-da yerləşən süni intellekt startapı Perplexity AI ilə bağlı birgə bəyanat yayıb.
Elchi.az xəbər verir ki, açıqlamada, Perplexity AI-nin 2024-cü ilin iyun ayından etibarən süni intellektlə işləyən cavablar yaratmaq üçün xəbər hesabatlarından istifadə etdiyi iddia edilir və iddianın müəllif hüquqlarının pozulmasına görə təxminən 30 milyon dollar olduğu qeyd edilir.
Bəyanatda həmçinin iddia edilir ki, Perplexity AI öz cavablarında qəzetlərin adlarını və ya xəbərləri mənbə kimi göstərərək, “xəbər məzmunundan fərqli olan qeyri-dəqiq məlumatları fakt kimi təqdim edir” və qəzetlərin reputasiyasına xələl gətirir.
ABŞ-ın aparıcı qəzeti olan New York Times da 2023-cü il dekabrın 27-də OpenAI və Microsoft-a qarşı onun işindən AI texnologiyalarının öyrədilməsi və müəllif hüquqlarının pozulması ilə bağlı icazəsiz istifadə iddiası ilə məhkəməyə müraciət edib.
Şayəstə Hüseynova


















