"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Avropa liderləri Rusiyanı ABŞ-ın əli ilə dayandırmaq istəyirlər”

18 Avqust 2025 - 10:49
in MANŞET

foto

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytının suallarını cavablandırıb.

Bunu da oxuyun

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Həmin müsahibəni təqdim edirik:

– Qüdrət bəy, bu gün bütün dünya Trampla Zelenski arasında görüşün nəticələrini gözləyir, Sizin fikirlərinizi öyrənmək istərdik..

 -Tramp Zelenskiyə və Avropa liderlərinə nifrət edir. Bilir ki, onlar onun seçilməsini istəmirdilər, amma Putin istəyirdi. Ona görə (yəqin ki,yalnız ona görə yox ) Putinə boss deyə müraciət edir. O bütün gücü ilə Zelenskiyə və Avropa liderlərinə təzyiq edəcək ki, Putinin istədiyi şərtlərlə sülhə (kapitulyasiyaya ) razılaşsınlar. Amma Zelenskinin ölkəsinin Konstitusiyasına zidd addım atacağı ehtimalı çox azdır.

– Zelenski razılaşmasa Tramp sülh danışıqlarından çıxa bilərmi?

– Putin Trampa müvəqqəti olaraq sülh prosesindən geri çəkilməyi və Ukraynaya silah satmamağı tapşıra bilər. Amma bu Tramp üçün ABŞ-da hansı nəticələr doğura, o bəlli deyil. Putin təcrübəli siyasətçi kimi Trampı qoruyacaq və ona impiçment elan olunmasına gətirib çıxara biləcək tapşırıqlar verməyəcək.

– Hazırda Avropanın Trampa hansısa təsir imkanı varmı?

– Var, ona deyə bilərlər ki, sən heç vaxt Nobel mükafatı almayacaqsan və Amerika xalqına nə baş verdiyi barədə açıq müraciət edə bilərlər. Zelenski Amerika xalqına müraciət edə bilər ki, Budapeşt memorandumuna əsasən siz bizim ərazi bütövlüyümüzü qorumaq əvəzinə bizdən Rusiyaya torpaq verməyi tələb edirsiniz. Amma Trampla görüşdə bunu dillərinə gətirməyə cəsarət etməzlər. Avropa liderləri nüvə silahına sahib olsalar da Rusiyadan qorxurlar, buna görə Rusiyanı ABŞ-ın əli ilə dayandırmaq istəyirlər. Tramp bunu görür və ona görə də onları alçaldır. Britaniya, Fransa, Almaniya və Polşanın Ukraynaya ciddi hərbi dəstək vermək imkanları var, amma bunu etmirlər. 

– Qüdrət bəy, Rusiya yenidən Ukraynada Azərbaycanın yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Azərbaycan bunun qarşılığında nə etməlidir?

 – Rusiya ilə danışmalıyıq. Qarşıdurmaya və münasibətlərin indikindən də artıq gərginləşməsinə imkan vermək olmaz. Biz nə qədər qürurlu olsaq da kiçik ölkəyik. İnanıram ki, 2013-cü ildə olduğu kimi indi də liderlər görüşüb məsələni yoluna qoya bilər. Çoxları Azərbaycan – Rusiya münasibətlərinin qanlı qarşıdurmaya çevrilməsini böyük sevinclə və səbirsizliklə gözləyir. Buna yol vermək olmaz. Putin Trampa gözünü ağartsa güvəndiyimiz ölkələrin özünü necə aparacağı ciddi suallar doğuracaq. Hələ heç nə yoxdur ağızlarına su alıb susurlar. Biz təmkinli olmalı, daha çox diqqətimizi iqtisadi problemlərin həllinə yönəltməliyik.

– Pezeşkianın Ermənistan səfəri barədə nə deyə bilərsiniz?

– Pezeşkian İranın dinc inkişafı üçün bir şansdır. O, çox ağıllı adamdır, amma real hakimiyyət onun əlində deyil. Vaşinqton Bəyannaməsi imzalananda demişdim ki, çox böyük ehtimalla Putin İranla münasibətləri qoruyub saxlamaq üçün Zəngəzur dəhlizinin  açılmasını Trampa tapşırıb. Pezeşkian bunu dərhal başa düşdü və türk düşmənçiliyi aparıb dəhlizə qarşı çıxan dairələrə səhv yolda olduqlarını bildirdi.

– Son vaxtlar Ermənistan – Rusiya münasibətlərində bir istiləşmə hiss olunur. Bu nə ilə əlaqədar ola bilər?

– Vaşinqton sammitindən öncə Paşinyanın ailəsi ilə birlikdə Altay səfəri və yüksək səviyyədə qarşılanması diqqətdən yayınmadı. Rusiya onu revanşistlərlə qorxudub istədiyi qərarları qəbul elətdirir. Paşinyan başa düşür ki,Tramp onu demokratlara yaxın olan Sorosun adamı kimi qəbul edir və bəyənmir. Ona görə çevik siyasətçi kimi Putinlə yaxınlaşma kursu götürüb.

Previous Post

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Next Post

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi

Bənzər yazılar

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

Next Post

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi

Cənubi Koreya Prezidenti KXDR ilə razılaşmalara əməl etməyi tapşırıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.