Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın zirvə görüşü zamanı Volodimir Zelenskinin Alyaskaya səfərini gözləməyə dəyməz.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” xəbər agentliyi mənbəyə istinadən yazır.
Agentlik mənbədən sitat gətirib: “Putin və Tramp arasında görüş günlərində Zelenskinin Alyaskaya gəlməsi gözlənilən deyil”.
“ABŞ Vladimir Putin və Donald Tramp arasında mümkün olan görüşün mümkün müsbət nəticələrinə müdaxilə etməyəcək”, – başqa mənbə agentliyə bildirib.
Bundan əvvəl “Bloomberg” və “The Wall Street Journal” kimi nəşrlər Trampın çevrəsindəki anonim mənbələrə istinadən məlumat vermişdilər ki, guya görüşün üçtərəfli formatı nəzərdən keçirilir.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio müsahibəsində Donald Tramp və Vladimir Putinin görüşünün ikitərəfli olacağını bildirib.
Nuranə Məmmədova


















