"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dini konfessiyaların rəhbərləri Prezidentə müraciət ünvanladı

12 Avqust 2025 - 16:02
in CƏMİYYƏT

Prezident

FacebookVatsap

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Bunu da oxuyun

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

 Elchi.az müraciəti təqdim edir:

“Möhtərəm cənab Prezident.

Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.
Zati-aliləri, “Konstitusiya və Suverenlik İli” elan etdiyiniz 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.
Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.
Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”. (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!
Zati-aliləri, biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir. Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.
Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!”
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri
Zamir İsayev
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri.

 

Previous Post

Bakı və İrəvan arasında sülh İrana ziyan vurmur – İran KİV

Next Post

Sammit zamanı Zelenski Alyaskaya buraxılmayacaq

Bənzər yazılar

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

13 Avqust 2026 - 11:39

İxtisas seçimi zamanı seçimin ardıcıllığı çox vacibdir. Elchi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial mediada...

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində yeni təmayül təhsil modeli üzrə bu günədək...

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də...

Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27

2026-cı ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 6,12 milyard manatdan çox vəsait...

Next Post

Sammit zamanı Zelenski Alyaskaya buraxılmayacaq

AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

Məleykə Abbaszadə: İxtisas seçimi zamanı ardıcıllıq çox vacibdir

13 Avqust 2026 - 11:39
FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

13 Avqust 2026 - 11:30
Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08
ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59
Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46
Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti 95.5 dollara satılır

13 Avqust 2026 - 09:44
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

13 Avqust 2026 - 09:35
Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub

13 Avqust 2026 - 09:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.