"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Ukraynanı Amerika xalqı xilas edə bilər” – MÜSAHİBƏ

12 Avqust 2025 - 10:46
in MANŞET

Qüdrət Həsənquliyev

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Həmin müsahibəni təqdim edirik:

 

-Qüdrət bəy, 15 avqustda Trampla Putin arasında Ukraynanın taleyini həll edəcək danışıqlar olacaq. Gözləntiləriniz nədən ibarətdir?
 
-Orada danışıqlar yox, Ukraynanı kapitulyasiya aktına necə imza etdirmək barədə fikir mübadiləsi, məsləhətləşmələr olacaq. Trampa öz partiyasından Rusiyaya sanksiyalar tətbiq edilməsi istiqamətində ciddi təzyiqlər var. Bu danışıqlar Trampı təzyiqlərdən, Rusiyanı sanksiyalardan qorumağa, Putinə isə Rusiyanın özününkü elan etdiyi Ukraynanın 4 regionunu tam işğal etməyə kömək etməyə hesablanıb.

-Müharibənin uzanması Rusiyanın xeyrinədirmi? Axı, hamı Rusiya iqtisadiyyatının çöküşündən danışır.

-Hal-hazırda müharibənin davam etməsi Rusiyaya yeni ərazilər işğal etməyə imkan verir. Rusiyanın hələ bir müddət də müharibəni davam etdirmək imkanı var. Müttəfiqləri də əsgər göndərməklə belə ciddi kömək edirlər. Ukraynanın müttəfiqləri isə cəsarətsizdilər və ciddi kömək göstərməyə hazır deyillər. Bunu görən Ukrayna ordusu hər keçən gün daha çox demoralizasiya olur. Keçən il 100.000 (yüz min) əsgərə fərariliyə görə cinayət işi açılmışdıssa, bu ilin səkkiz ayında bu rəqəm 107 minə çatıb. Daha vətənpərvərlər və cəsurlar müharibənin ilk illərində həlak olub. Ruslar o torpaqları tutmaqda daha istəkli görünür, nəinki ukraynalılar onu qorumaqda. Ukraynalılar partizan müharibəsindən geniş istifadə etmirlər. Kiçik qruplarla düşmən arxasında nadir hallarda hərbi əməliyyatlar keçirirlər, düşmənin səfərbər olmasına imkan verməmək üçün intensiv əks hücumlar təşkil etmirlər. Onlar daha çox müdafiədə, səngərlərdə hava zərbələrindən itki verirlər. Bunu Rusiya görür və ona görə müharibəni dayandırmaq istəmir. Həm də Rusiya görür ki, Ukraynanın ərazi bütövlüyünə görə üzərinə Budapeşt memorandumunu imzalamaqla öhdəlik götürmüş super güclər bu gün Ukraynanı  ərazi güzəştlərinə məcbur edir, hamı işğalla barışıb.

– Belə vəziyyətdə Ukrayna nə edə bilər?

-İlham Əliyev onlara nə etmək lazım olduğunu dedi. Mövcud şəraitdə  ərazilərindən imtina etmədən atəşkəsə nail olmaq. Bu, Ukrayna üçün ən uğurlu yoldur. Ukraynalılar bilməlidirlər və yəqin ki, bilirlər, ABŞ-nin ciddi dəstəyi olmasa onlar müharibədə uğur qazana bilməz. Tramp isə heç bir halda onlara ciddi dəstək verməyəcək. Onlar atəşkəsə nail olub gözləməlidirlər.

-Tramp Nobel sülh mükafatı almaq üçün müvəqqəti atəşkəsə nail ola bilərmi?

-Bu məsələni də yəqin ki, müzakirə edəcəklər. Hətta buna gediləcəyi halda, bu, Ukraynanı geniş anlamda xilas etməyəcək. Həmişə demişəm ki, Ukraynanı Amerika xalqı xilas edə bilər. Onları Avropa liderləri, xüsusilə Britaniya , Almaniya və Fransa açıq çağırışları ilə hərəkətə gətirə bilər. Amma onlar nəinki Trampı görəndə, hətta onun adını eşidəndə həyəcan keçirirlər, ona görə qorxularından bunu etməzlər. Heç Trampın qorxusundan Ukraynaya ciddi yardım da edə bilmirlər.

Previous Post

Bu cəhətdən “Qarabağ”dan geri qalırdıq – Beqiri

Next Post

İlham Əliyev fəhmi və Tramp tramplini

Bənzər yazılar

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiuma qoşulacaq. Elchi.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir...

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Next Post

İlham Əliyev fəhmi və Tramp tramplini

Dənizdə batan gəncin meyiti tapıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36
“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.