Ukrayna və Rusiya İstanbulda keçirilən danışıqların üçüncü raundundan sonra 1200 məhbusun mübadiləsi barədə razılığa gəliblər.
Elchi.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında bildirib.
Zelenski qeyd edib ki, onlar dəyişdirilə biləcək şəxslərin siyahıları üzərində işləyirlər.
O, prezident aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşüb.
Danışıqların gedişatını, yəni İstanbulda Rusiya tərəfi ilə keçirilən görüşlərdə əldə olunan razılaşmaların həyata keçirilməsini və yeni görüşün hazırlanmasını müzakirə ediblər.
“Əsas məsələlər arasında əsirlərin mübadiləsinin davam etdirilməsi də var. 1200 nəfərin mübadiləsi ilə bağlı razılaşma var və siyahılar üzərində iş davam edir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rusiya nümayəndəsi ilə ünsiyyət barədə məlumat verib”, – deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna da mülki şəxslərin geri qayıtmasının qarşısının alınması üçün çalışır və hər bir adla bağlı məlumatlar dəqiqləşdirilir.
Yermak əsas tərəfdaşlarla qarşılıqlı əlaqələr, xüsusilə Amerika tərəfi ilə təmaslar və uşaqların Rusiyadan qaytarılması səyləri barədə məlumat verib.
Yeganə

















