ABŞ prezidenti Donald Tramp Ukrayna ilə münaqişənin həllində irəliləyişə onun müəyyən etdiyi müddətdə nail olunmayacağı təqdirdə Rusiyanı yenidən sanksiyalarla hədələyib.
Elchi.az bu barədə “İnterfaks”a istinadən xəbər verir.
Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarında Tramp müharibənin dəhşətli olduğunu və bitməli olduğunu deyib. “Mən düşünürdüm ki, üç dəfə ardıcıl olaraq bununla razılaşdıq və bəlkə də o, bütün bunları öz üzərinə götürməyə çalışmaq istəyir. Düşünürəm ki, bu, onun üçün çox çətin olacaq”, – Amerika lideri əlavə edib.
Tramp vurğulayıb ki, silahlı münaqişə davam edərsə, Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bundan əvvəl ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yeni mümkün planı məlum olub. Beləliklə, Ağ Ev nadir torpaq metalları üzrə Rusiya ilə sərfəli sövdələşmə bağlaya və bunu Ukraynadakı münaqişənin sona çatması ilə əlaqələndirə bilər. Bu qərar amerikalıların Çin resurslarından asılılığını azalda bilər.
Yeganə


















