ABŞ prezidenti Donald Tramp ölkəyə gələn Ukrayna vətəndaşlarının hərbi əməliyyatlar bitənə qədər ABŞ-da qalmasına icazə vermək niyyətində olduğunu bildirib.
Elchi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
“Bəli. Düşünürəm ki, edəcəyik”, – deyə o, Ukrayna böhranı bitənə qədər ukraynalıların ABŞ-da qala bilməyəcəyi ilə bağlı suala cavab verib.
“Bizim Ukraynadan gələn çoxlu insan var. Biz onlarla işləyirik”, – Ağ Evin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Yeganə


















