"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Paşinyan məzuniyyətdən qayıtmaya bilər? – Bakıdan baxış

30 İyul 2025 - 14:39
in SİYASƏT

niyameddin

FacebookVatsap

Nə qədər qəribə görünsə də, Putin erməni baş naziri iqtidarda qoruyur; “Nikolu qarşıda qayğılı günlər gözləyir”
“Yeni Müsavat”ın xəbər verdiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən dərhal sonra təzədən məzuniyyət götürüb. Rəsmi məlumata görə, bu dəfə o, 28 iyuldan 15 avqustadək işə çıxmayacaq.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Baş nazir 18-23 iyul aralığında da məzuniyyətdə olub. Ən maraqlısı Paşinyanın Altaydan gələn kimi ikinci dəfə və daha uzun müddətə istirahətə yollanmasıdır. Ona görə ki, hazırda İrəvan-Moskva münasibətləri tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır.

Üstəgəl, Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bütün bunlar həm də Ermənistanda hakimiyyət əleyhinə, Moskvaya bağlı qüvvələrin xeyli fəallaşdığı dövrdə baş verir. Söhbət kilsədən, radikal-revanşistlərdən, separatçı ünsürlərdən, Kremlin “5-ci kolonu”ndan, həbsə atılan oliqarx Samvel Karapetyan çaplı “desantlar”dan gedir.

Odur ki, sual yaranır: Putin Paşinyanı arxayın edib, ona məzuniyyət “xeyir-duası” verib? Yoxsa Paşinyan siyasi mühacirətə hazırlaşır? O, məzuniyyətdən qayıtmaya bilərmi?

Vüqar İsgəndərov seçkiyə qatılır? - QƏRAR - Globalinfo.az

Hakim Yeni Azərbaycan Partiyasının parlament təmsilçilərindən olan Vüqar İsgəndərov “Yeni Müsavat”a açıqlamasında qarşıdakı zamanda erməni baş naziri çətin günlərin gözlədiyini qeyd etdi: “Rusiyadan qayıdan kimi Paşinyanın yenidən məzuniyyət götürməsi, əlbəttə ki, bir neçə sual meydana gətirir. Hazırda İrəvan-Moskva münasibətlərinin tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır. “Qərbin adamı” adlandırılan Paşinyanın siyasi gedişləri şimal qonşumuzu narahat edir. Bəzi analitiklər hazırkı vəziyyətdə Paşinyanın mühacirətə getməsi barədə də fikir yürüdürlər. Çünki belə bir kritik vəziyyətdə baş nazirin ardıcıl məzuniyyət götürməsi “Antalya tətili”nə oxşamır. Əslində Nikol Paşinyanın məzuniyyətə çıxması, görünür, heç də istirahət üçün deyil. Onu qarşıda qayğılı günlər gözləyir. Gərgin keçəcək seçkiyə artıq hazırlıqlar başlayıb. İnandırıcı deyil ki, Putin tərəfindən Rusiya baş naziri Mişustinlə görüş zamanı Paşinyana hansısa bir vədlər verilsin. Hər halda, Paşinyan da Rusiya ilə münasibətlərin tam qırılmasını istəmir. Çünki Paşinyan hər dəfə Rusiyaya “diş göstərmək” istəyəndə Rusiya da buna cavab verir. Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bu bazada hərbi gücün artırılması da Rusiyanın narahatlığının göstəricisidir. Bütün bu addımlardan isə Paşinyan narahat olmaya bilməz. Bu baxımdan Rusiya ilə münasibətləri tam bitirmək də ağılsızlıq olar. Paşinyan müəyyən qədər Rusiya ilə münasibəti saxlamaq istəyir. Çünki məlum məsələdir ki, Rusiyanın Ermənistanın ictimai-siyasi həyatına müdaxilə edə biləcək gücü var. Hələ də Rusiyanın bu ölkədə güclü tərəfdarları mövcuddur. Revanşist kəsim, Daşnaksütyun və digər partiyalar, kilsə, hər biri Rusiyaya bağlı şəxslərdən ibarətdir. Əsasən də həbsə atdığı Samvel Karapetyanın siyasi qüvvə, hərəkat yaratmaq cəhdləri hiss olunur ki, artıq Paşinyan üçün baş ağrısıdır. Kremlin “5-ci kolonu”nun aktivləşməsi ölkədə qarışıqlıq yarada bilər. Bütün bu aktivləşmələr isə, əlbəttə, gözdən yayınmır. Hər halda, Paşinyan məzuniyyətdən qayıdacaq. O istirahətə çıxmaqla həm güc toplayır, həm də bir növ bu günlərdə kənarda qalaraq komandanın nəbzini yoxlayır. Üzü payıza, hər halda, komandada dəyişikliklərin olunması gözləniləndir”.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Paşinyanın hökumət başçısı kimi qalması Putinə sərfəlidir: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması Rusiyanın, konkret olaraq Vladimir Putinin birbaşa maraqlarına cavab verir. Paradoksallıq ondadır ki, Paşinyanın hakimiyyətdə qalması həm də Amerikanın və Qərbin maraqlarına cavab verir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiya ilə Ermənistan arasında ticari əlaqələrin həcmi 14 dəfədən artıq olub. İndi təsəvvür edin, Ermənistanda hakimiyyətdə radikal-revanşistlər, birbaşa Rusiyanın təsirində olan Köçəryan-Sərkisyan cütlüyü idi. Bu zaman Amerika Ermənistana da Rusiya kimi ən ağır sanksiyalar tətbiq edə bilərdi. ABŞ Paşinyana göstərdiyi diqqəti və qayğını Köçəryana göstərərdi? Əlbəttə ki, yox! Amerika Ermənistana Rusiyanın ən yaxın müttəfiqi kimi sanksiyalar tətbiq edərdi. Bütün bunları Putin dəqiqliyi ilə hesablayır. Bu və ya digər səbəblərə görə hələ ki Paşinyanın hakimiyyətdə qalması Putini qane edir. Paşinyan da bır sıra məsələlərdə Putinin tapşırıqlarını yerinə yetirir. Əvəzində Rusiyanın enerji ehtiyatlarını, qazını, neftini çox ucuz qiymətə əldə edir. Həmçinin Paşinyan bununla yanaşı həm Avropanın, Qərbin, həm də ABŞ-ın maddi və digər dəstəyini qazanır. Biz bir faktı da unutmamalıyıq. Gümrüdə bazada Rusiyanın 8 mindən artıq əsgəri var. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində Rusiya əleyhdarı olan spiker Karen Dəmirçiyanın və baş nazir Vazgen Sarkisyanın parlamentin iclasında güllələnməsi hadisəsini də unutmaq olmaz. Paşinyan bu tarixi çox yaxşı bilir. O özünün və komandasının belə bir aqibətlə üzləşə biləcəyini istisna etmir”.

Previous Post

Dünyada iki yeni fəsil yarandı: Alimlər xəbərdarlıq etdi

Next Post

Abşeronda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post

Abşeronda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

İstilik təchizatı xidməti bahalaşdı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.