Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəbər verir ki, Papa XIV Leo hücum qurbanlarına başsağlığı verib və İsrailin Qəzza zolağında kilsəyə zərbə endirməsindən sonra dərhal atəşkəsə çağırıb.
Elchi.az-ın xəbərinə görə, müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin tərəfindən pontifik adından göndərilən teleqramda Papa XIV Leo-nun Qəzzada Müqəddəs Ailə Katolik Kilsəsinə hərbi hücum nəticəsində ölən və yaralananlar xəbərindən dərin kədərləndiyi bildirilib və kilsə icması ilə mənəvi yaxınlıq ifadə olunub.
“Vəfat edənlərin ruhunu Uca Tanrının məhəbbətli rəhmətinə əmanət edən Papa kədərlənənlərə təsəlli və yaralıların sağalması üçün dua edir. Həzrətləri dərhal atəşkəs çağırışını təkrarlayır və dialoq, barışıq və bölgədə davamlı sülhə dərin ümid bəslədiyini bildirir”.
Yeganə


















