Fransanın şimalındakı Lill şəhərindəki Jeanne-de-Flanders Uşaq Xəstəxanasında altı yaşlı uşağın yeni doğulmuş uşağı öldürməsi ilə bağlı cinayət işi açılıb.
Elchi.az xəbər verir ki, hadisə bu ayın əvvəlində 7,5 aylıq vaxtından əvvəl doğulan Zayneb-Kassandranın çərşənbə axşamı dünyasını dəyişməsi ilə üzə çıxıb.
Körpə ötən cümə başından ciddi xəsarət alıb və reanimasiyaya yerləşdirilib. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Müstəntiqlərin fikrincə, altı yaşlı uşaq körpəni yerə yıxıb və başını yerə çırpıb. “Onu kukla kimi tutduğu” ifadə edilən uşaq hadisə zamanı reanimasiyada körpə ilə tək olub.
Şayəstə Hüseynova


















