"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2025 - 12:19
in GÜNDƏM

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan

FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Elchi.az məktubun mətnini təqdim edir:
“Əziz Qardaşım,
Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.
Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.
Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.
Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.
Əziz Qardaşım,
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Bunu da oxuyun

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

 

Previous Post

Trampın Rusiyaya yeni hədəsi: 50 gün ərzində baş verməsə…

Next Post

Xırdalanda bu gün bir saat işıq olmayacaq

Bənzər yazılar

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

22 Oktyabr 2026 - 14:42

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib. Elchi.az xəbər verir ki, Paşinyan hadisə...

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu...

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 - 14:14

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat...

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Next Post

Xırdalanda bu gün bir saat işıq olmayacaq

Ukraynanın baş naziri istefa verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çempionlar Liqasında ən çox qol vuran və oyun keçirən türk futbolçular bəlli oldu

Çempionlar Liqasında ən çox qol vuran və oyun keçirən türk futbolçular bəlli oldu

22 Oktyabr 2026 - 16:27
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

22 Oktyabr 2026 - 16:15
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur

Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur

22 Oktyabr 2026 - 16:09
“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

22 Oktyabr 2026 - 16:00
“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

22 Oktyabr 2026 - 15:53
Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

Bu sənədə görə evsiz qala bilərsiz – Notarius belə unudur

22 Oktyabr 2026 - 15:44
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi

QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi

22 Oktyabr 2026 - 15:30
Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

22 Oktyabr 2026 - 15:16
Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

22 Oktyabr 2026 - 15:08
“ABŞ-la danışıqlarda müəyyən problemlər var” – Lukaşenko

“ABŞ-la danışıqlarda müəyyən problemlər var” – Lukaşenko

22 Oktyabr 2026 - 15:00
Arda Gülər Mbappedən üzr istədi

Arda Gülər Mbappedən üzr istədi

22 Oktyabr 2026 - 14:51
Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

22 Oktyabr 2026 - 14:42
ABŞ-dan Yunanıstan və “Panama” firmasına SANKSİYA

ABŞ-dan Yunanıstan və “Panama” firmasına SANKSİYA

22 Oktyabr 2026 - 14:30
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq

Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq

22 Oktyabr 2026 - 14:14
Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb

Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb

22 Oktyabr 2026 - 14:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.