Rusiyaya qarşı “əzici” sanksiyaların tətbiq edilib-edilməməsinə dair qərarı ABŞ prezidenti Donald Tramp verəcək . Bu barədə Marko Rubio məlumat verib .
Elchi.az xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi sitat gətirib.
“Bir neçə həftə əvvəl biz Rusiya tərəfini məlumatlandırmışdıq ki, sanksiyaların tətbiqi məqamı gec-tez gələ bilər. Amma son qərar ABŞ prezidentinin ixtiyarındadır”, – diplomat yeni anti-Rusiya sanksiyalarının “anının” gəlib çatmaması ilə bağlı suala belə cavab verib.
Rubionun sözlərinə görə, ABŞ administrasiyası bu qanun layihəsinin məzmunu üzərində ABŞ Konqresi ilə işləyir . O, vurğuladı ki, Tramp bu məhdudiyyətlərin necə və nə vaxt tətbiq oluna biləcəyi ilə bağlı “çevikliyə malik olmalıdır”. Dövlət katibi izah edib ki, Ağ Ev rəhbəri “istənilən danışıqlar zamanı maksimum təsir imkanlarına malik olmalıdır”.
Nuranə Məmmədova


















