"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Hikmət Hacıyevdən Rusiya ilə bağlı mühüm açıqlama – Yekaterinburq böhranından sonra İLK DƏFƏ

09 İyul 2025 - 12:15
in SİYASƏT

hikmet

FacebookVatsap

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Slovakiya mediasına verdiyi müsahibədə Rusiya ilə münasibətlər barədə mühüm açıqlamalar səsləndirib. 

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Elchi.az “musavat.com”a istinadən bildirir ki, bu bəyanat 2025-ci il iyunun 13-də Rusiyanın Yekaterinburq şəhərində baş vermiş və azərbaycanlı Səfərov qardaşlarının qətlə yetirilməsi ilə nəticələnmiş faciəvi hadisələrdən sonra iki ölkə arasında yaranmış gərgin fon üzərində səslənməsi ilə xüsusi əhəmiyyət kəsb edir.

Həmin olaydan sonra iki ölkə arasındakı münasibətlərdə hiss olunan soyuqluq şəraitində bu, Azərbaycan rəsmisinin Rusiya ilə bağlı ilk yüksək səviyyəli mövqe açıqlaması sayılır. 

Hikmət Hacıyev açıqlamasında Rusiya ilə mehriban qonşuluğun Azərbaycan üçün bir nömrəli prioritet olduğunu vurğulayıb:

“Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir.

Özünüz çox yaxşı bilirsiniz ki, Sovet İttifaqı dövründə ruslarla və ukraynalılarla eyni dam altında yaşayırdıq. Bizi hər iki ölkə ilə uzunmüddətli münasibətlər bağlayır. Biz münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Bir çox azərbaycanlı həm Rusiyada, həm də Ukraynada yaşayır. Çoxlu qarışıq evliliklərimiz var. Beləliklə, bu gün orada baş verənlər həqiqətən böyük faciədir. Televiziyada və ya internetdə orada davam edən münaqişədən faciəli mənzərələrr görəndə sözün əsl mənasında azərbaycanlıların ürəkləri parçalanır.

Eyni zamanda, mən daha bir şeyi vurğulamalıyam – siyasətimizin əsas təməl daşı ərazi bütövlüyünün tamamilə toxunulmaz prinsipidir. Ölkəmiz keçmişdə bu prinsipin pozulmasından çox əziyyət çəkib. Ona görə də biz başqa ölkələrin ərazi bütövlüyünün qorunmasını birmənalı dəstəkləyirik. Ancaq eyni zamanda, rusiyalılarla ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı şəkildə müdaxilə etməkdən uzağıq”.

Prezidentin köməkçisi həmçinin Azərbaycanın keçmişdə ərazi bütövlüyü prinsipinin pozulmasından çox əziyyət çəkdiyini xatırladaraq, Azərbaycanın başqa ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini bildirib. O, eyni zamanda Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə hərbi baxımdan müdaxilə etmədiyini, yalnız humanitar yardım göstərdiyini xüsusi vurğulayıb:

“Biz bu münaqişədə hər hansı hərbi komponentin tədarükündən təhlükəsiz məsafə saxlayırıq. Ancaq Ukraynada ən çox əziyyət çəkən uşaqlara humanitar yardım göstəririk. Biz bloklara qoşulmayan ölkəyik və heç bir hərbi fəaliyyətin iştirakçısı deyilik.”

Qeyd edək ki, bundan öncə Rusiya tərəfindən müxtəlif səviyyəli rəsmilər – o cümlədən prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov – Azərbaycanla dostluq və strateji tərəfdaşlıq xəttini vurğulayan açıqlamalar versələr də, Yekaterinburq böhranından sonra Azərbaycan tərəfdən ilk dəfədir ki, Rusiya ilə münasibətlər bu səviyyədə rəsmən şərh olunur. Bu isə Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiqliyinin bariz nümunəsi hesab olunur.

Previous Post

DYP-dən bu sürücülərə xəbərdarlıq – Video

Next Post

Temperatur 38 dərəcəyə yüksələcək

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post

Temperatur 38 dərəcəyə yüksələcək

İlham Əliyev BƏƏ-də səfərdədir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.