İran hücumlarının başlamasından bəri ilk dəfə İsrailə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Elchi.az xəbər verir ki, İran İsrailə qarşı cavab hücumlarını davam etdirir. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, saat 11:15-də Negevdə edilən xəbərdarlıqdan sonra İrandan İsrailə doğru atılan pilotsuz uçuş aparatının (PUA) təsbit edildiyi bildirilib. PUA-nın qarşısını almaq üçün cəhdlər edilsə də, mümkün olmayıb. İHA-nın Bet Şeanda iki mərtəbəli binaya çırpıldığı və ölənlərin olmadığı öyrənildi.
Şayəstə Hüseynova


















