"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Dağlıq Qarabağla bağlı ilginc iddia

01 Avqust 2014 - 09:58
in MANŞET
FacebookVatsap

“Problem yaxın 5 ildə həllini tapacaq, ancaq Avrasiya layihələri çərçivəsində…”; moskvalı ekspertə img1460186görə, Bakı ABŞ-la dostluqda ehtiyatlı olmalıdır, çünki Birləşmiş Ştatlar istənilən müttəfiqə “ata” bilər”; Vaşinqtonun isə Qarabağa dair xüsusi tapşırığı var…

Bunu da oxuyun

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

 2014-cü il ATƏT-in Minsk Qrupunun fəaliyyətində yəqin ki, ən ölgün və səmərəsiz bir dövr kimi qalacaq. Şübhə yox ki, danışıqlar prosesinə Qərblə Rusiya arasında Ukrayna uğrunda gedən mübarizə, ölkənin şərqində səngimək bilməyən qanlı proseslər öz təsirini göstərir. Ancaq məsələ ondadır ki, Ukrayna böhranına qədər də həmsədrlər sülh danışıqlarında bütün tərəfləri qane edən, ədalətli həll variantı ortaya qoya bilməyiblər.

İndi isə Qarabağ ixtilafının dinc yolla yolun qoyilmasına məsul olan iki əsas güc mərəzi – Rusiya və Qərb (ABŞ, Avropa) arasında münasibətlər qat-qat gərgindir, hətta faktiki, soyuq müharibə dövründəkinə yaxındır. Belə bir situasiyada Qarabağ münaqişəsini nə gözləyir? Nikbinliyə hansısa əsaslar varmı, görünürmü? Sülh danışıqları nə vaxt dalandan çıxarılacaq?
Durumu vesti.az portalına şərh edən “Odnako” nəşrinin siyasi şərhçisi İvan Lizanın yaranmış vəziyyətdə Qarabağ nizamlanmasına dair effektli formul tapılacağına inanmadığını deyib. Onun qənaətincə, mövcud geosiyasi reallıqlar fonunda problemin necə yoluna qoyulacağı ağla sığmır: “Ancaq həm Azərbaycanın, həm də Ermənistanın önəmi nəzərə alınarsa, güman edirəm ki, regionun taleyinin həllində ”ya bizə, ya da sizə” maksimalist yanaşmasından çıxış eləmək yox, hansısa aralıq, neytral bir qərara gəlmək lazımdır. Ancaq bu qərar necə olmalıdır və necə tərtib edilməlidir – birmənalı söyləməkdə çətinlik çəkirəm. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsi xeyli dərəcədə yaxın 5 ildə öz həllini tapacaq”.
Analitik problemin həllində Azərbaycanın istinad elədiyi Türkiyə amili ilə bağlı maraqlı, eyni zamanda mübahisə doğura biləcək fikir də söyləyib. Sitat: “Azərbaycanın son 20 ildə oriyentasiya etdiyi Yaxın Şərq və Türkiyə gərginlik zolağına daxil olub. Bu gərginliyi Türkiyə adlamaya bilər. Nəzərə alsaq ki, kürdlər fəallaşıblar və referendum keçirərək müstəqilliklərini elan eləmək niyyətindədirlər, yəni xəritədə müstəqil ”Kürdüstan” peyda ola bilər, bütün bunlar Türkiyə kürdlərini xeyli aktivləşdirəcək və Türkiyəni zəiflədəcək”.
Bu xüsusda ekspert hesab edir ki, bundan sonra Azərbaycana “zəifləyən Ankaranın mövqeyinə istinad eləmək”, sadəcə, təhlükəli olacaq: “ABŞ-la dostluq da həmçinin qorxuludur, çünki Birləşmiş Ştatlar istənilən müttəfiqə ”ata” bilər”. O üzdən Azərbaycan üçün yeni, ayaqlar üstdə möhkəm duran müttəfiq axtarıb tapmaq vacibdir. Düşünürəm ki, Avrasiya İttifaqı həmin vaxta məhz belə bir müttəfiq qismində olacaq. Əminəm ki, Qarabağ problemini azərbaycanlılarla ermənilər arasında münasibətləri qəti və geridönməz şəkildə pozmadan məhz Avrasiya inteqrasiyası çərçivəsində həll eləmək mümkündür. Özü də təkcə bir on illik ərzində yox”.
Rusiyalı şərhçiyə görə, inteqrasiya Dağlıq Qarabağ məsələsində öz maraqlarını güdən və ondan Güney Qafqazda sabitsizlik ocağı kimi istifadə edən qüvvələri bölgədən çıxarmağa, konfliktin həllində yeni forma və formatları işləyib hazırlamağa, ziddiyyətləri azaltmağa, yekun olaraq ixtilafı kompromislər əsasında çözməyə imkan verəcək: “Hər halda, bu, azərbaycanlılar və ermənilərin bir-birinə avtomat nişangahının kəsiyindən baxmasından daha yaxşıdır”.
***
Rusiyalı şərhçinin fikirləri söz yox ki, ilk növbədə təmsil elədiyi dövlətin – Rusiyanın maraqlarından qaynaqlanır və xeyli dərəcədə subyektivdir, birtərəflidir. Ona görə ki, Qarabağ münaqişəsindən yararlanaraq Güney Qafqazda illəridr sabitsizlik yaradan, ixtilafın həllinə mane olan əsas qüvvə məhz Rusiyanın özüdür. Hər halda, 21 ildi əlində müstəsna imkanlar ola-ola Moskva konfliktin nizamlanmasına heç bir maraq göstərməyib, töhfə və dəstək verməyib. Belədirsə, bunu onun Avrasiya Birliyi çərçivəsində edəcəyinə yalnız sadəlövhlər inana bilər.
ABŞ-a gəlincə, indiyədək onun öhdəsində həll üçün Rusiya qədər imkan və rıçaq olmayıb ki, irad tutmaq mümkün olsun ki, onlardan Vaşinqton da sırf öz maraqları naminə faydalanmağa çalışır. Fakt budur ki, Birləşmiş Ştatlardan ötrü Qarabağ problemi prioritet olmasa da, münaqişənin yoluna qoyulmasına Ağ Ev vaxtaşırı praktik səylər göstərir, təkliflər irəli sürür. Prezidentlərin birbaşa görüş təklifi də ilk olaraq Minsk Qrupunun Birləşmiş Ştatlardan olan həmsədri Ceyms Uorlik tərəfindən səslənib və müdafiə olunmaqdadır.
Bu arada isə ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı xarici ölkələrdəki diplomatlarına xüsusi tapşırıq verib. Məlumatı ABŞ-ın İrəvandakı səfiri Con Heffer jurnalistlərə açıqlaması zamanı verib. Səfir ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində münaqişənin həlli ilə bağlı diplomatik missiyalarını davam etdirdiklərini vurğulayıb: “Con Kerri bizə Qarabağ münaqişəsinin həllində sülh yolunu axtarıb tapmağı tapşırıb”, – deyə o, qeyd edib.
Diplomat münaqişənin həlli ilə bağlı yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərin baş tutmasına ümid etdiklərini də söyləyib. Qeyd edib ki, ATƏT həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsi barədə qəbul etdikləri qərarın üzərində dururlar: “Münaqişənin həlli üçün tək yol sülh danışıqlarıdır”.
***
Doğrudur, Qarabağa məsələsinə yanaşmada Qərbin, Birləşmiş Ştatların da ikili münasibəti hiss olunur. Ən azından, Vaşinqton Krımın birmənalı şəkildə Rusiya tərəfindən ilhaq edildiyini bildirib “Krımın işğalı ilə heç vaxt barışmayacağıq”, – deyə bəyan eləsə də, analoji ədalətli münasibət Qarabağ məsələsinə yanaşmada özünü göstərmir; “Dağlıq Qarabağ da zəbt edilib” qismində bəyanatlar səslənmir, Ermənistan təcavüzkar ölkə kimi barmaqla göstərilmir. İrəvana qarşı sanksiyalar məsələsi isə ümumiyyətlə, heç vaxt gündəmdə olmayıb, yoxdur.
Əksinə, Krıma, onun əhlisinə cürbəcür embarqolar, qadağalar, maliyə sanksiyaları tətbiq edən ABŞ və Avropa separatçı Dağlıq Qarabağ rejiminə hər il maliyyə-humanitar yardımları edir, Azərbaycan konstitusiyasını tanımayan bir ovuc ermənini yaddan çıxarmır, problemin həll variantlarında onlara öz müqəddəratını təyinetmə haqqı tanıyan bənd pərçim eləməyə çalışır.
Bu mənada rusiyalı politoloqun xəbərdarlığında həqiqət payı da var. Bu o anlama gəlir ki, Azərbaycan əslində iki pisdən ən yaxşısını seçmək, eyni zamanda hər mənada güclənmək zorundadır.

 

Previous Post

“Azadlıq” qəzeti çapını dayandırdı – Açıqlama

Next Post

8 hərbçimiz şəhid olub

Bənzər yazılar

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

08 Noyabr 2026 - 12:20

Bu təbrik sözlərini Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bura şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə...

Next Post

8 hərbçimiz şəhid olub

8 hərbçimiz şəhid olub

Son xəbərlər

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21
Leysan olacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Leysan olacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

08 Noyabr 2026 - 13:51
Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

08 Noyabr 2026 - 13:49
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib – VİDEO – FOTO

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib – VİDEO – FOTO

08 Noyabr 2026 - 13:43
Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb – Faktiki hava

08 Noyabr 2026 - 12:24
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22
Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

Prezident: Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar

08 Noyabr 2026 - 12:20
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin etirafına görə, onların ordusunda 12 minə yaxın fərari olub

08 Noyabr 2026 - 12:18
Xankəndidə Zəfər Muzeyi olacaq

Xankəndidə Zəfər Muzeyi olacaq

08 Noyabr 2026 - 12:17
İlham Əliyev: Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir

İlham Əliyev: Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir

08 Noyabr 2026 - 12:15
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb

08 Noyabr 2026 - 11:00
Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

08 Noyabr 2026 - 10:36
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib

08 Noyabr 2026 - 10:29
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2026 - 10:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.