Slovakiya Hərbi Hava Qüvvələri təyyarənin ən təhlükəli modifikasiyası hesab edilən Block 70 versiyasının ilk iki F-16 qırıcısını qəbul edib.
Elchi.az xəbər verir ki, Şərqi Avropaya gələn qırıcıların imkanları Amerikanın “Military Watch Magazine” (MWM) nəşrində təsvir edilmişdir .
Qeyd olunur ki, Slovakiya 2018-ci ildə 1,8 milyard dollar dəyərində 14 təyyarənin tədarükü ilə bağlı müqavilə imzalayıb. Yeni təyyarə Slovakiyanın Kiyevə verdiyi MiQ-29 qırıcılarını əvəz edəcək.
Nəşr yazır: “Slovakiyanın sifariş etdiyi F-16 Block 70 qırıcıları mürəkkəbliyi baxımından ən son F-35 gizli qırıcılarından heç də aşağı olmayan avionikaya malik 4+ nəsil qırıcıları hesab olunur və indiyə qədər istehsal olunmuş ən qabaqcıl F-16-lardır”.
Nuranə Məmmədova