Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi PUA hücumunda bir uşaq yaralanıb.
Elchi.az xəbər verir ki, Ukraynanın Rusiyanın Voronej şəhərinə PUA-nın hücumu nəticəsində 11 yaşlı uşaq yaralanıb.
Hücumdan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. Ukrayna ordusu Rusiyanın qərbindəki Voronej şəhərinə PUA-dan hücum edib. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilən PUA hissələrinin binaya düşməsi nəticəsində 11 yaşlı qızın yaralandığını bildirib. Əllərində, ayaqlarında və boynunda kəsiklər olan uşağa sağlamlıq qrupları tərəfindən hadisə yerində müdaxilə edildiyini bildirən Qusev, həkim qruplarının nəzarət məqsədi ilə yenidən ailəyə baş çəkəcəklərini bildirib. Rusiya Müdafiə Nazirliyi Voronej vilayəti üzərində aşkarlanan 8 Ukrayna pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
Ukrayna sərhədindən təxminən 250 kilometr aralıda yerləşən şəhərin meri Vadim Kstenin hücumdan sonra fövqəladə vəziyyət elan edib. İHA hücumu nəticəsində 3 10 mərtəbəli binada 35 mənzilin zərər gördüyü öyrənildi və səlahiyyətlilərin zərərin qiymətləndirilməsi üçün hələ də çalışdığı bildirildi.
Nuranə Məmmədova