Yoxluğun heç zaman titrətməz məni,
Zənn etmə gedişin ağır zərbədir!
Bu cür xəlq eyləmiş Allah aləmi,
Onsuz da hər insan gəldi gedərdir!
Sən kimsən, mən sənə görə üzülüm?
Məni tərk edənlər gör nə qədərdir?
Gəlsən-gəlməsən də həyatım zülm,
Onsuz da hər insan gəldi-gedərdir!
Dünyaya marağım,həvəsim gedib
Tək sənin getməyin, vallah, heç nədir!
Səndən də dəyərli çox kəsim gedibi!
Onsuz da hər insan gəldi-gedərdir!
Bir dostum var gəlib, amma getmir heç
Ən yaxın dostumdur, adı kədərdir!
Özümə deyirəm, Kamil, boş ver keç
Onsuz da hər insan gəldi-gedərdir
Kamil Bəhramzadə
Kino Mərkəzi ssenari müsabiqəsi elan edir
Azərbaycan Kino Mərkəzi 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edir. Kult.az...