Bu gün İmişli, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı oktyabrın 12-də aat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin bu gün saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” Qaz Tənzimləmə Məntəqəsindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb
Bakıda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Görülən...





















Son şərhlər