Yaponiya dünyanın elektron tullantı probleminin həllini tapıb. Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura bu tullantıların emalına cavabdeh olan ümumi beynəlxalq qurumun yaradılmasına çağırıb. Elchi.az xəbər verir ki, bu barədə yerli “Yomiuri” qəzeti yazır.
Yaponiya hakimiyyət orqanları ABŞ və Avropa İttifaqı daxil olmaqla 14 ölkəyə istifadə olunmuş elektron cihazlardan metalların toplanması və təkrar emalı texnologiyasından istifadəni genişləndirməyi təklif edir. Onların ehtiyat hissələri mis və alüminiumdan hazırlanır. Yapon nazirin sözlərinə görə, dünya resursların təkrar emalını təşviq edən və mineral tədarük zəncirini gücləndirən sistem yaratmalıdır. Nişimuranın təşəbbüsü Beynəlxalq Enerji Agentliyinin oktyabrın 28-də Parisdə açılışında təşkil etdiyi tədbirlərdə müzakirə olunacaq.
Qeyd edək ki, Yaponiya kompüterlərin, smartfonların sökülməsi və elektron lövhələrdən metalların çıxarılması ilə bağlı tövsiyələr vermək üçün “ASEAN” ölkələrinə öz mütəxəssislərini göndərməyi planlaşdırır.
Havar Şəfiyeva