Valeri Permyakov Gümrüdəki hərbi qarnizonda mühakimə olunacaq
Gümrüdə 7 insanın qətlində günahlandırılan rus hərbi qulluqçusu Valeri Permyakovun cinayət işi üzrə məhkəmə Rusiyanın 102-ci hərbi bazasının ərazisində, şəhərin Hərbi Qarnizon məhkəməsində keçiriləcək.
ANS PRESS-in “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə tərəflər qəti razılığa gəliblər ki, rezonans doğuran bu cinayət işi üzrə məhkəmə prosesi Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının qarnizon hərbi məhkəməsində baş tutacaq. Bu qərar Ermənistanın şimalında yerləşdirilmiş hərbi bazanın statusu haqqında ikitərəfli razılaşmaya əsasən qəbul edilib.
Mənbə bildirir ki, məhkəmədə müxtəlif epizodlar üzrə ittihamlara, eyni zamanda Rusiya hərbi müstəntiqləri tərəfindən təqdim edilmiş silahdan qanunsuz istifadə, fərarilik və s. ilə bağlı məsələlərə baxılacaq.
Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.
ANS PRESS