Rusiyanın dövlət telekanalına müsahibə verən Çeçenistan prezidenti Ramzan Kadırov çeçenlərin Putindən sonra, ən nüfuzlu insan onu hesab etdiklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, Kadırov haqqında verliş təqdim edən Rusiya telekanalı Kremlin çox yaxşı bir seçim etdiyini və Ramzanın Rusiyaya sədaqətli olduğunu deyib.
Telekanala müsahibəsində Kadırov, 1-ci çeçen -rus müharibəsi zamanı çeçenlərin lideri olan və Çeçenistanın müstəqilliyini elan edən mərhum Cövhər Dudayev haqqında alçaldıcı ifadələr işlədib. Kadırov eyni zamanda Şamil Basayev və Məshədov haqqında da təhqiramiz sözlər deyib.
Proqramda Putinin çeçen xalqını xilas etdiyini söyləyən Kadirov Rusiya üçün hər yerdə ölməyə hazır olduğunu deyib.
Qeyd edək ki, Kadırov bu açıqlamaları ilə dünyanın dörd bir yanında yaşayan çeçenləri qəzəbləndirib. Çeçenlər sosial media hesablarından Kadırovun bu açıqlamalarına görə, ölümə hazırlaşmağı tövsiyə ediblər.