Ucarda qadın boğularaq öldürülüb.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə məlumat daxil olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili...





















Son şərhlər