Ukraynadakı əhəmiyyətli itkilərə görə rus qoşunlarında kifayət qədər insan yoxdur. Ona görə də Rusiyada yeni səfərbərlik dalğası qaçılmazdır.
Elchi.az xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib.
Qudkovun sözlərinə görə, Rusiya hakimiyyəti səfərbərliyə pul yatırır və 300 min insanı cəlb etməyi planlaşdırır:
“Amma bu da son deyil. Bunlar da torpağa qərq olacaq. Orduda yorğunluq, mənəvi boşluq, deqradasiya var”.
Politoloq əlavə edib ki, Kremlin sözcüsü Dmitri Peskovun 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Putinin 90% dəstək qazanacağı haqda fikri cəfəngiyyatdır:
“Putinin real reytinqi 20-25% təşkil edir. Rusiyada cəmiyyətin konsolidasiyası yoxdur. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir”.
“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb
"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib. Elchi.az -ın xəbərinə görə, bu barədə...





















Son şərhlər