Şəmkirdə ata-oğul küçədə döyülüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakinləri – 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.
Bakı məktəbindən nümunəvi addım
30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...