ABŞ Dövlət Departamenti Rusiya vətəndaşı Matveyevin hakerlik fəaliyyətindəki roluna görə tutulması üçün məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin hüquq-mühafizə orqanlarını, şirkətləri və kritik infrastrukturu hədəf alan bir çox hakerlik fəaliyyətində rolu olduğunu əsas gətirərək, onun tutulması üçün məlumat verənlərə 10 milyon dollar mükafat verəcəyini açıqlayıb.
Miller qeyd edib ki, Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqda saxlanmasına və ya məhkum edilməsinə səbəb olan məlumatları təqdim edənlərə 10 milyon dollara qədər mükafat təklif edilib.
Ədliyyə Nazirliyinin Vaşinqton və Nyu Cersi ştatlarında iki məhkəmədə Matveyevə qarşı iddia qaldırdığını bildirən Miller, rus hakerin də ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salındığını qeyd edib.
“Biz bu addımları Matveyevin ABŞ-da və bütün dünyada Amerika hüquq-mühafizə orqanlarına, bizneslərinə və kritik infrastruktura qarşı kiberhücum insidentlərindəki roluna görə edirik”,-ifadələrindən istifadə edib.
Nuranə Məmmədova