"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Dağıdılmış “Barselona”

10 Yanvar 2015 - 12:51
in DÜNYA
FacebookVatsap

img1719701Bu günlərdə Krakoun küçələrindən birində gözümə divarda yazılmış bir şeir sataşdı. Təxminən beşmərtəbə hündürlüyündə bir binanın divarı boyunca yazılmış şeirdə söhbətin nədən getdiyini anlasam da, bəzi sözləri bilmirdim deyə tam aydın olmadı. Düşündüm ki, şəhərin mərkəzinə bu şeir təsadüfən vurulmaz və binanın şəklini çəkib araşdırmağı qərara aldım.

Bunu da oxuyun

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Araşdırma məni nostaljik bir hekayəyə götürdü. Məlumum oldu ki, şeir vaxtilə binanın düz qarşısında olan “Barselona” adlı bir kafeyə həsr olunub. Polyak şair Adam Zemianinə aid olan şeir küçə rəsmləri ilə məşğul olan rəssam Bartolomey Koçenaş tərəfindən divara həkk olunub. Gecə düşəndə binanın üzəri fənərlə işıqlandırılır və şeir həm daha yaxşı görünür, həm də maraqlı mənzərə yaradır.
“Barselona” Krakovda keçən əsrin ən məşhur kafesi olub. Təxminən yüz ilə yaxın bir müddətdə fəaliyyət göstərib. Kafe şəhərin mərkəzinə, əsas da Zaçjek tələbə yataqxanasına yaxın olduğu üçün müxtəlif dövrlərdə, xüsusən də 70-80-ci illərdə tələbələrin, savadlı, intellektual kəsimin toplaşdığı əsas yer olub. Gənc hüquqçular, şairlər, yazarlar, rəssamlar.. Bura yeni ideyaların, gərgin mübahisələrin məkanı kimi tanınırdı. Gələnləri ən çox da kafedə qiymətlərin ucuz olması cəlb edirmiş.
Sonradan kafe yavaş-yavaş yoxa çıxmağa başlayır. Öncə içki mağazası olur, sonra sadəcə mağaza, ondan sonra isə sökülür. Binanın yerində hündürmərtəbəli bina tikiləcəyi deyilsə də ora hələ də boşdur. Binanın hekayəsindən təsirlənən rəssam Bartolomey onun xatirəsinə ithafən belə bir iş görüb. Əlbəttə ki, artıq heç nə “Barselona”nı geri gətirməz, hətta orda yeni bir kafe tikilsə belə.
Bakıda eynilə “Barselona” kimi bir neçə yer vardı. Mən köhnə nəslin nümayəndəsi deyiləm deyə onlardan yalnızca birini, “Şirzad”ı görmüşəm. İndi deyəsən paltar mağazasının deposu olan həmin kafedə müxalif kəsimin ziyalıları, şairlər, yazarlar, gənc fəallar toplaşırdı. “Şirzad” digər kafelərə nisbətən çox ucuz idi. Kafenin özünəməxsus bir qədər də ağır qoxusu vardı. Bu hətta parol kimi bir şey idi: hamı bilirdi ki, əgər bir nəfərin üzərindən “Şirzad” iyi gəlirsə, deməli, müxalifətçidir.
Bu iy asanlıqla çıxmırdı, hətta bir dəfə Rəşadət Axundov zarafatla yazmışdı ki, evə gəldim bütün paltarlarımı yudum, özüm də duş aldım, amma kafenin iyi çıxmadı ki, çıxmadı.
Daha sonra “Şirzad”ı bağladılar, “Venesiya” kafesi məşhurlaşdı. Hətta o qədər məşhurlaşdı ki, adı istintaq materiallarına düşdü. “Əsgər ölümlərinə son!” aksiyalarının guya burada planlaşdırıldığı, kafedə iğtişaş planlarının qurulduğu deyildi.
İndi bilmirəm toplaşanlar ən çox harda toplaşır. Ümumiyyətlə toplaşmağa kimsə qalıbmı, onu da bilmirəm.
Hər şeyin reallıqdan asılı olması bu yerdə çox ədalətsizdir. Sən ürəyində nə qədər aşıb-daşan arzular gəzdirsən də, bir gün o reallıqla üzləşir. Sənin arzuların, xatirələrin, nostaljik hisslərin bəzən ya hansısa razılaşmadan, ya da kiminsə telefon zəngindən asılı olur. Sonsuz dəyər verdiyin bir kafe, divar, yer sənin üçün nə qədər əhəmiyyətli olursa-olsun, bir başqası üçün o sadəcə daş parçasıdır. Hər şeyə maddiyyatın bir parçası olaraq baxanlar üçün isə mənəvi dəyəri çox olan yerləri bağlamaq, uçurtmaq çox asandır.
Sonda şeirin tərcüməsini verməyi vacib hesab edirəm. Orda adı çəkilənləri tanımıram, amma hesab edirəm ki, onlar yaxşı insan olublar.
Bir səhər “Barselona”da oyandım
Pan Yasio əsəbi halda
pivə paylayırdı stollara
həmişə olduğu kimi
Atmırdı artıqları
bir kənara
Yan masada bir agent, çuğul əyləşmişdi
Sirkəli donuz salası
təlaşla, qorxuyla əsmişdi
Voytek Belon həmişə
getmək istəyirdi “Barselona”dan
dağlara…
Lakin nəsə onu saxlayırdı.
Sonra Zbuşek və Yureklə
Anjey gəlmişdi
və onların dostca təbəssümü..
Bizim hələ də
gəncliyə pasportumuz vardı..
Necə gözəl zamanlardı.

 

Previous Post

Obama: “Fransaya terror təhdidi davam edəcək”

Next Post

Sabah havanın temperaturu 11 dərəcəyə yüksələcək

Bənzər yazılar

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05

İspaniyanın Barselona şəhərində yanğınlar, dağıntılar və polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb. Elchi.az -ın EFE...

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Taif və Yanbu şəhərləri istiqamətində atdığı iki ballistik raketin zərərsizləşdiriliyini açıqlayıb. Elchi.az xəbər verir...

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16

Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov...

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

Filippində təlim təyyarələri qəza törədib, 4 nəfər ölüb

24 Oktyabr 2026 - 11:32

Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb. Elchi.az “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 4 pilot ölüb....

Next Post

Sabah havanın temperaturu 11 dərəcəyə yüksələcək

Sabah havanın temperaturu 11 dərəcəyə yüksələcək

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.